Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü

Zakir Həsənov NATO nümayəndəsi ilə görüşdü
Oktyabrın 12-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov NATO Müttəfiq Qüvvələrinin Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bülent Turan ilə görüşüb.

Müdafiə Nazirliyindən Sfera.az-a verilən məlumata görə, müdafiə naziri qonağı salamlayaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilən ərazilərdə görülən işlər, həmçinin Ermənistan-Azərbaycan dövlət sərhədində hazırkı vəziyyətlə bağlı onlara ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov NATO ilə əməkdaşlığın cari vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirərək qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Kontr-admiral B.Turan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı "Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə NATO ilə tərəfdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 366 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata gö...

Paşinyan “hər şeyə hazırıq” mesajı verdi: “Yükü Moskvanın üzərinə qoymaq istəyir”

"Ermənistanın Baş naziri Paşinyanın 2022-ci il dövlət büdcəsinin müzakirəsi zamanı üç fikri diqqət çəkir”.   Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asi...

Sahibə Qafarova: "Ermənistan bu gün də təxribatçı əməllərindən əl çəkmir"

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı müdafiə üzrə komissiyasının sədri Ana Cumaliyevanın başçılıq e...

“Stalinsiz SSRİ nə idisə, Putinsiz Rusiya da o olacaq” – Qabil Hüseynli

"Qanun layihəsi Rusiya subyektlərinin rəhbərlərinin prezident adlandırılmasını qadağan edir. Tatarıstan indiyə qədər bu qanuna əməl etməyən yeganə subyektdir....

İranın Ermənistana dəstək verməsinin səbəbi bu ölkədir - Şeyx Tüfeyli

"O vaxt (1990-cı illərin əvvəllərində) İranın xarici işlər naziri Əli Əkbər Vilayəti ilə danışdım. Niyə müsəlmanlara qarşı xristian erməniləri dəstəkləyirsini...

Azərbaycan səfiri etimadnaməsini İran Prezidentinə təqdim etdi

Oktyabrın 25-də Azərbaycan Respublikasının İran İslam Respublikasına təyin olunan fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə etimadnaməsini Prezident İbrahim ...