Yuxulu sürücü problemi - Qəzaların qarşısını necə ala bilərik?

Yuxulu sürücü problemi - Qəzaların qarşısını necə ala bilərik?
2021-ci ilin 9 ayı ərzində cinayət sayılan yol-nəqliyyat hadisələrinin respublika üzrə statistikası açıqlanıb - 1171 yol-nəqliyyat hadisəsi, 504 nəfər həlak olan, 1043 nəfər isə yaralı.
 
Günbəgün artan qəzaların günahkarı kimdir?

Sfera.az bildirir ki, bununla bağlı yol hərəkətinin təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov öz fikirlərini bölüşüb. Ekspert rəsmi statistika üzrə hadisələri çeşidləyəndə ortaya çıxan mənzərədən söz açıb:

"Nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi – 475 hadisə və ya hadisələrin 40,6 %-i; Əks istiqamətli hərəkət zolağına çıxma və ötmə qayadalarını pozma – 360 hadisə və ya hadisələrin 30,7 %-i; Yolayrıclarını keçmə qayadalarını pozma – 116 hadisə və ya hadisələrin 9,9 %-i;  Nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi – 14 hadisə və ya hadisələrin 1,2 %-i; Sükan arxasında yatma – 9 hadisə və ya hadisələrin 0,77 %-i. Əslində bunlar hadisələrin səbəbləri yox, törədilən qayda pozuntularıdır. Səbəbləri araşdıran olsa, daha maraqlı və faciəli mənzərə üzə çıxar”.

Ə.Hüseynovun sözlərinə görə, qəzalarla bağlı araşdırma aparılmayan elementlər mövcuddur:

"Rəsmi statistikada yenə də yol infarstrukturunda olan qüsurlar - səkisiz yollar, qaranlıq küçələr, dağılmış yollar, nişan çatışmazlığı, tənzimlənməyən yolayrıcları və s. Eyni zamanda yol hərəkəti təhlükəsizliyinin idarə edilməsindəki boşluqlar - sürücü hazırlığı və sürücü olma təcrübəsindəki qüsurlar, nəzarətdəki boşluqlar, iş və istirahət rejiminin pozulması və başqa səbəbdən baş verən hadisələrə dair məlumat yoxdur. Çünki bu elementlər üzrə heç bir araşdırma aparılmır. 

Amma statistikanın son elementi maraqlıdır. Belə məlum olur ki, yollarımızda baş verən cinayət sayılan yol-nəqliyyat hadisələrinin 0,77 %-i, yəni təxminən hər 130 hadisədən biri sürücünün sükan arxasında yatması nəticəsində baş verir. Deməli, yollarımız yorğun, intensiv istismar edilən sürücülərlə doludur”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...