Yuxuda gələn gizli təhlükə: tənəffüs dayanması

Yuxuda gələn gizli təhlükə: tənəffüs dayanması
Yuxuda tənəffüs dayanması, toxumalardakı oksigenlənmənin pozulması ani tənəffüs dayanması və ani ölüm kimi çox ciddi nəticələrlə müşayiət olunan bir sıra sağlamlıq problemləri yarada bilər.
Həyatımızın 1/3 yuxuda keçir.

Yaxın illərə qədər elm insanların yuxu müddətində bədənlərində nələr baş verməsinin tam fərqində deyildi. Bu gün artıq yuxuda tənəffüs pozuntularının ciddi bir xəstəlik olduğu və nə dərəcədə ciddi sağlamlıq problemləri törədə bildiyi artıq sirr deyildir.

Yuxuda nəfəsalma dayanması nə deməkdir?

Hər 100 nəfərdən 42 nəfəri gecə yuxuda xoruldayır, bu nisbət 60 yaşdan yuxarı kişilərdə 60 %-ə çatır. Xoruldama yuxuda fasilələr yaratmırsa, ciddi problem deyil, ancaq xorultu tənəffüs çətinliyi və dayanmaları ilə fasilələrlə müşayiət olunursa, bu çox ciddi bir sağlamlıq problemi deməkdir.
Yuxuda tənəffüs dayanması ("yuxu- apne sindromu") yuxu zamanı tənəffüsün qısa davamlı olaraq dayanması deməkdir. Gecə onlarla dəfə təkrarlanan bu hücumlar və yuxuda nəfəssiz qalma, beyinə gedən qanın oksigenlənməsinin pozulmasına səbəb olur, ümumi bədən oksigeninin səviyyəsi düşür.
Toxumalardakı oksigenlənmənin pozulması, əvvəldə qeyd etdiyimiz kimi, ani tənəffüs dayanması və ani ölüm kimi çox ciddi nəticələrə də səbəb ola bilər. Amma daha ciddisi həddindən artıq çəki və ürək xəstəliyinə aparan səbəbdir.

Xoruldayırsınızsa, probleminizi belə həll edin! 

Yuxuda tənəffüs dayanması ən çox iki qrup insanda rast gəlinir:
1. Həddindən artıq çəkisi olan kəslər. Bu kəslərdə piylənmə ilə bağlı tənəffüs yollarına təzyiq, yumşaq damaqda boşalma və yuxuda nəfəs borusunun supap kimi bağlanması səbəbi ilə nəfəssiz qalma ola bilər.
2. Hava yollarında burun əyriliyi kimi anatomik səbəblər ilə, ya da xroniki təkrarlanan üst tənəffüs yollarının allergik infeksiyaları səbəbi ilə daralma olan kəslər.
Siqaretə bağlı xroniki ağciyər xəstəliyi (KOAH), badamcıqların çox böyük olması, kiçik dilin həddindən artıq sallanması da nəfəs yollarındakı digər anatomik pozğunluqlardan sayıla bilər.

Yuxuda gələn gizli təhlükə: tənəffüs dayanması

Yay günlərində qaydasınca və rahat yatmaq 
ÖZÜNÜZÜ BELƏ TEST EDİN
- Səhər həddindən artıq yorğun və yuxunuzu tam almamış kimi ayılırsınızmı?
- Həddindən artıq xoruldamanız varmı?
- Xoruldama zamanı tez-tez nəfəs alıb-vermələrin dayandığı və nəfəsiniz bir müddət kəsildiyi hiss olunurmu?
- Gecə tez-tez oyanır və sidik etməyə ehtiyacınız olurmu?
- Gündəlik yeməklərdən sonra, məsələn, axşamüstləri sizi həddindən artıq yuxu basırmı?
- Nəqliyyat vasitələrindən istifadə edərkən mürgülədiyiniz vaxtlar oldumu?
- Gecələr yuxuda tərləyirsinizmi?
- Bədən çəkiniz tez-tez dəyişmir ki?
- Xüsusilə, gecə, ya da səhərlər təzyiqiniz qalxırmı?
- Gündüzlər daim yorğun və əsəbi hiss etmirsiniz ki? 
Bu sualların hər hansı birinin cavabı "bəli"sə mütləq "yuxu -apne sindromu” cəhətdən həkimə müraciət etməlisiniz. Çünki böyük ehtimalla yuxuda tənəffüs dayanmaları yaşayırsınız. Sizin orqanizminizdə toxuma oksigenlənməsində pozuqluq var və beyin funksiyaları mənfi təsirlənir.

NƏ ETMƏLİ?

- "Yuxu- apne sendromu”nda çəki çox isə ən təsirli müalicə zəifləmək – artıq çəkidən qurtulmaqdır. Çəki verin.
- Burun və ya üst hava yollarında tənəffüsünüzü tıxayıcı bir probleminiz (burun əyriliyi və s.) varsa, KBB ekspertindən kömək alın.
- Allergik, ya da iltihabi bir üst tənəffüs yolları infeksiyası, sinüzit kimi sair problemləriniz varsa, mütləq müalicə etdirin.
- Ən təsirli müalicə üsullarından biri CPAP üsulu ilə müalicədir, yəni yuxuda davamlı hava təzyiqi verərək hava yollarının tıxanmasına maneə törədən üsulu tətbiq etməkdir. Bu mövzuda bir mütəxəssisdən kömək alın.

Yuxuda gələn gizli təhlükə: tənəffüs dayanması

Son dövrlər ekoloji durumum getdikcə pisləşməsi, müxtəlif anomaliyalar insanların sağlamlıq vəziyyətinə ciddi təsir etməkdədir. Təbiətdə baş verən nizamsızlıqlardan ən çox təsirlənən xəstələr oldu. Xüsusilə, diyabetlilərin ağır stress mühiti, həddindən artıq həyəcan, "adrenalin kortizol" adlı hormonların istehsalını artırır. Stress hormonları adı da verdiyimiz bu hormonlar qan şəkərini yüksəldir. Araşdırmalar çox stress anında qan şəkərinin 40-60 mg / dl yüksəldiyini, bu dəyərlərin bir böhrana səbəb ola biləcəyini göstərir. Ona görə də diyabeti olanlar üçün qanlarında şəkərin miqdarını daha tez-tez ölçdürməsi, şəkər yüksəkdirsə, dərmanlarının, yaxud da insüllin dozlarının yenidən nizamlanması lazım ola bilər.

Diyabeti olanların nümunəvi qidalanma proqramı olmalıdır. Təcili vəziyyətlərdə dərhal bir həkimə və xəstəxanaya müraciət edilməlidir. Amma ən əhəmiyyətlisi diyabeti olanların zədə və gərginlik yaradacaq xəbər, dedi-qodu, söz-söhbət kimi çaxnaşma meydana gətirəcək vəziyyətlərdən təcrid edilməsi və uzaqlaşmasıdır.

Daha möhkəm nəzarət, daha nizamlı dərman və stressdən uzaq bir həyat bu prosesin problemsiz keçirilməsi üçün çox əhəmiyyətlidir.

Diaqnoz necə qoyulur?

Yuxuda tənəffüs dayanması, "yuxu testi" adı verilən xüsusi bir üsulla müəyyən olunur. Xüsusi yuxu mərkəzlərində bir gecə ərzində başa qoşulan xüsusi elektrotlarla müayinə olunuur və tənəffüs keyfiyyəti izlənilir.

Yuxuda tənəffüs dayanma anları 10 saniyədən 1-2 dəqiqəyə qədər davam edə bilər. Yuxuda yüngül, ya da ciddi dayanma sayı 15-20, hətta 200-ə qədər çıxa bilər. Saatda 5-10 dəfə tənəffüs nizamsızlığı yüngül, 15-30 arası orta, saatda 30-dan çox 15-20 saniyə davam edən tənəffüs dayanmaları bu xəstəliyin ciddi olduğunu göstərir. Xəstələr, ümumiyyətlə, hər tənəffüs dayanmasının ardından 5-10 saniyə oyanar, tənəffüsü aktivləşər, bu səbəblə bu kəslər fərqində olmadan gecə boyunca onlarla dəfə oyanar, gündüz həddindən artıq yorğun və halsız olarlar.

Belə şəxslər gün ərzində gərgin və əsəbi bir psixologiyaya girərlər. Əksər qəzalarda yuxu səbəbləri üstünlük təşkil edir və bu səbəblərin içində ilk sırada "yuxu- apne sindromu" ciddi yer alır. Oksigen nisbəti çox düşərsə, ritm pozuqluqlarına və ürək dayanmalarına səbəb olur.

Amma ən ciddisi səhər mədə və yemək borusunda "reflü" dediyimiz yanma duyğusudur. Xəstə hər tənəffüs dayanmasında yenidən nəfəs almaq üçün güc sərf etdiyi üçün, xüsusilə dolu mədəylə yatanlarda və ya mədə sfinkteri zəifləmiş şəxslərdə, həmçinin yaşlılarda mədədəki ərzaqlar, mədə turşusu qida borusuna keçib qıcıqlandıra, hətta səs tellərinə qədər çıxıb səsbatmaya səbəb ola bilər.

anaveusaq.az

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...