Yürüyüş edərkən DİQQƏTLİ OLUN!

Yürüyüş edərkən DİQQƏTLİ OLUN!

 

"Sağlam bir həyat üçün yürüyüş hər yaşda insanın rahatlıqla edə biləcəyi ən mühüm məşqdir" deyən mütəxəssislər, həftədə ən azı 3 gün, ən idealı isə 5 gün etmək lazım olduğunu hər fürsətdə dilə gətirirlər. Çünki yürüyüşün bir çox mühüm faydası var.

 

Sfera.az xəbər verir ki, bütün bu təsirlərindən istifadə edə bilmək üçün yürüyüş məşqinin doğru bir şəkildə etməyimizin çox mühüm olduğunu xəbərdarlıq edən Fizik Müalicə və Reabilitasiya Mütəxəssisi Professor Doktor Selda Özçırpıcı, 3-4 Oktyabr Dünya Yürüyüş Günü münasibətilə yürüyüş zamanı diqqət edilməsi lazım olan qaydaları belə izzah edib:

 

"Hər hansı bir sağlamlıq probleminiz varsa, daha əvvəl heç məşq etməmisinizsə və ya 40 yaşdan sonra özünüz yürüşə başlamaq istəyirsinizsə, əvvəl mütləq sağlamlıq nəzarətindən keçməlisiniz.

 

Həmçinin hər bir məşq kimi yürüyüşün tempi və müddətini də sağlıq durumunuza görə təşkil etməyiniz lazım olduğunu unutmayın.

 

Templi yürüşə başlamazdan əvvəl mütləq isinmə və yüngül gərilmə məşqləri edin. Bu, həm inkişaf edə biləcək əzələ ilə oynaq yaralanmalarının qarşısını alacaq, həm də ürək və damar sisteminin idmana adaptasiyasını asanlaşdıracaqdır.

 

Yürüyüş, əslində günün hər saatında edilə bilər. Ancaq səhər edilən yürüyüşlərin bədənin metabolizm sürətlənməsində, bir sözlə yağların əriməsində daha təsirlidir. Yeməyinizi yürüyüşdən ən az 2 saat əvvəl bitirmiş olmalısınız. Əks halda həzm prosesi davam etdiyi üçün orqanizm daha çox çətinlik çəkir və zərər görmə riski artır. Səhər erkən saatda edilən yürüyüş öncəsi şəkər ehtiva edən meyvə kimi yüngül qəlyanaltı almanızda fayda var. Bu həm qan şəkər tozunun düşməsinin qarşısını alır, həm də metabolizmi sürətləndirir.


Yürüyüş etməyi açıq havada və ya oksigeni bol bir şəraitdə etməyiniz sağlamlığınız üçün çox əhəmiyyətlidir. Çünki açıq havada orqanizm in oksigenləşməsi prosesi sürətli olur.


Yürüyüş zamanı təri hopduran, bədəni sıxmayan, rahat hərəkət etməyinizi təmin edən geyəcəklərə üstünlük verin. Davanı çevik, yürüyüş üçün uyğun idman ayaqqabılarına üstünlük verin. Çox böyük və ya sıxan ayaqqabılardan uzaq durun.

 

Yastıdaban probleminiz varsa və ya bel, bud, diz, ayaq topuğu ilə ayaqlarınızda problem yaşayırsınızsa, əvvəlcə həkim nəzarətindən keçməli və lazım gələrsə ayaqqabı içinə yerləşdirilən dabanlıq geyinməlisiniz. Çünki hər hansı bir basış anomaliyası varsa yürüyüş zamanı oynaqlara düşən yük bölgüsü bərabər olmur. Bunun nəticəsində də oynaqların yaralanması riski artır.


Yürüyüş zamanı duruşunuz da mühümdür. Başınız önə əyilmiş vəziyyətdə yerə baxaraq və ya əksinə, yuxarı baxaraq getməyiniz onurğa sağlamlığınızı pozacaqdır. Gözləriniz qarşıya baxacaq şəkildə, başınız dik vəziyyətdə, qarnınızı içə çəkərək yeriməyə diqqət göstərin.

 

Bundan başqa, yürüyüş zamanı əllərinizin boş olması, yaralanmanızın qarşısını alacaqdır.

 

Yürüyüş edərkən bir şey daşımağınız lazımdırsa kürək çantası istifadə edin.

 

Yürüyüş, düzgün tempdə etməyiniz lazımlı bir məşqdir. Yürüyüşdə məqsəd orqanizmin aerobika mübadiləsini də işlətməkdir. Maksimum ürək sürətinin yüzdə 55-60 ilə yüzdə 75-80-i arasında aparılan məşqlər aerobika məşqlər adlandırırlar.

 

Ürək sürətinə çatmaq üçün yürüyüş sürətini mərhələli olaraq artırın, (isinmə periodu) və yürüyüşdən sonra isə tempi aşağı salaraq ürək sürətinin normal hala gəlməsini təmin edin (Soyuma periodu). İsinmə və soyuma periodu ürək və damar sağlamlığı üçün çox əhəmiyyətlidir. İsinmə və soyuma müddəti ən az 5 dəqiqə olmalıdır".

 

 

Aytac

 

 

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.



 



OXŞAR XƏBƏRLƏR