YouTube kanalı video hazırladı: SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb - VİDEO

YouTube kanalı video hazırladı: SSRİ-də ilk elektrik qatarı Bakıda fəaliyyətə başlayıb - VİDEO
 

Dəmir yolu nəqliyyatı mövzusunda ixtisaslaşmış Ukraynanın baxımlı "Железные магистрали” ("Dəmir magistrallar”) YouTube kanalı növbəti videomaterialını SSRİ-nin ilk elektrik qatarlarına həsr edib.

Bu barədə Sfera.az  "Azərbaycan Dəmir Yolları"na istinadən xəbər verir.

Məlumata görə, izləyicilərini elektrikləşdirilmiş dəmir yolunun tarixi ilə tanış edən kanalın müəllifi Oleq Vasilyev Sovet İttifaqında birinci elektrik qatarının Azərbaycanın paytaxtı Bakı şəhərində fəaliyyətə başlamasından geniş bəhs edib.

"SSRİ-nin ilk elektrik qatarı: keçmiş və gələcək” adlı videomaterialda müəllif o zamanlar bütün texnoloji yeniliklərin adətən Sovet İttifaqının paytaxtı Moskva şəhərində tətbiq olunmasına eyham vuraraq, ilk dəfə elektrik qatarından Bakıda istifadə olunmasının səbəblərini izah etməyə çalışıb.

Müəllif həmçinin Azərbaycanda son illər elektrik qatarlarından geniş istifadə olunması istiqamətində görülən işlərdən söz açmış, köhnə dəmir yol xətlərinin bərpa olunması və ən son model elektrik qatarlarının sərnişinlərin ixtiyarına verilməsini qeyd edib. Bundan başqa, videoda Azərbaycanda elektrik qatarlarında tətbiq edilən gediş haqqının digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olması vurğulanıb.

Qeyd edək ki, 1926-cı il 6 iyul tarixində istifadəyə verilən Bakı – Sabunçu – Suraxanı elektrik dəmir yolu xətti nəinki Azərbaycanda, bütün SSRİ-də ilk belə xətt olub. 2015-ci ilin sentyabrın 12-də Bakı-Sumqayıt xəttinin açılışı baş tutub. Həmin xətt üzrə İsveçrənin "Stadler Rail Group” şirkətinin istehsalı olan ən müasir elektrik qatarları hərəkət etməyə başlayıb. 2020-ci ilin martın 18-də isə Abşeron dairəvi dəmir yolu xətti tam istismara verilib. 



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...