\"Youtube\" Azərbaycan mahnısını oğurlayan erməni müğənninin klipini sildi - VİDEO
15:41 / 04.03.2021
1299
Oğurlanan Azərbaycan mahnısı ilə bağlı daha bir problem həll edilib.
Sfera.az xəbər verir ki, bu barədə müğənni-bəstəkar Murad Arif qeyd edib.
O bildirib ki, Xalq artisti Aygün Səmədzadənin bəstəsi olan, müğənni Qismətin ifa etdiyi "Bakinskiy roman”la əlaqəli məsələdə ədalət öz yerini tapıb.
Belə ki, mahnını mənimsəyən erməni müğənni Monika Nazaryan nəğmənin dünyavi instansiyalarda rəqəmsal qeydiyyatından sonra hər yerdə "ban” olunub, dijitallardan və "YouTube”dan tamamilə silinib.
Qeyd edək ki, sözügedən ifaçı bəstəni ifa edərək klip də çəkdirmişdi.
Türkan
Sfera.az