“Yoluxanların sayı sağalanlardan çoxdur” – NAZİRLƏR KABİNETİNDƏN AÇIQLAMA

“Yoluxanların sayı sağalanlardan çoxdur” – NAZİRLƏR KABİNETİNDƏN AÇIQLAMA
 "Azərbaycanda yoluxanların sayı sağalanların sayından çoxdur”. 

Sfera.az-ın məlumatına görə, bunu Real TV-nin efirində Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu gün altı nəfər sağalan var:

"Kiçik də olsa, yaxşı xəbərdir. Amma yoluxmanın dinamikası həndəsi silsilə ilə artır. Sağalmada bunu görmürük. Təəssüf ki, ölkəmizdə koronavirusa yoluxma tendensiyası artır. Nə qədər ki bu tendensiya davam edəcək, biz mənfi istiqamətdə gedəcəyik.

O zaman ki biz görəcəyik yoluxmanın pik həddinə çatdıq və artım olmur, bu zaman nəsə demək olar”. 

İ.Məmmədov qeyd edib ki, insanlar qaydalara riayət edərsə, dinamika azalmağa başlaya bilər:

"Evdə qalmalı olanlar evdə qalarsa, zəruri halda küçəyə çıxarlarsa, bu zaman tez müddətdə koronavirusa yoluxma azalmağa doğru gedər. Ümid edirik ki, aprelin 20-dək qoyulan bu müddətdə bizdə də dönüş nöqtəsi başlayacaq. Artıq məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...