Yol polisindən rayonlara gedənlərə XƏBƏRDARLIQ

Yol polisindən rayonlara gedənlərə XƏBƏRDARLIQ
 "Hazırda Bakı, Sumqayıt və Abşerondan rayon istiqamətinə gedən şəxslərin sayı artıb. Həmin şəxslərin diqqətinə çatdırırıq ki, Bakı, Sumqayıt Abşeron, Lənkəran və Gəncə şəhərlərinin giriş-çıxışına tədbiq edilən məhdudiyyət hələ də qüvvəsindədir”

Sfera.az xəbər verir ki, bu barədə apa-ya Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqəlar şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. O bildirib ki, sürücülər ayın 21-dən etibarən karantin rejiminin sərtləşməsini nəzərə alaraq rayon istiqamətinə getməsinlər:

"Onsuz da bu adamlar karantin postundan buraxılmayacaqlar. Rayon istiqamətinə gedən yalnız xüsusi ezamiyə sənədi olan şəxslər, DİN-nin 102-i xidmətindən yaxın qohumunun dəfn mərasimində iştirakı üçün icazə alan, müvafiq arayış əsasında dövrü müalicəyə göndərişi olan şəxslər postlardan buraxılacaq. İcazəsi olan şəxslərin yalnız özləri postlardan keçə bilər. Daha ailə üzvləri və qohumları buraxılmayacaq. Ümumumiyətlə icazəsi olmayan heç bir şəxs inzibati ərazilərdən nə o yana, nə də bu yana buraxılmayacaq. Bu səbəbdən həmin şəxslər yol gedib postlarda sıxlıq yaratmasınlar”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...