Yol polisindən hərəkət iştirakçılarına vacib xəbərdarlıq

Yol polisindən hərəkət iştirakçılarına vacib xəbərdarlıq
Yol polisindən hərəkət iştirakçılarına vacib xəbərdarlıqYol polisi10 Noyabr 2020 17:40Oxunub 144Yol polisindən hərəkət iştirakçılarına  vacib xəbərdarlıq 

Bildiyimiz kimi noyabrın 10-da rəşadətli Azərbaycan Ordusu işğalda olan torpaqlarımız üzərində tarixi qələbə çaldı. Xalq olaraq hər birimiz bu qələbəyə sevinirik və bu tarixi hadisənin şahidi olduğumuz üçün qürur duyuruq. Lakin bu sevincimizi bir-birimizlə müəyyən çərçivə daxilində paylaşmalıyıq.

Sfera.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, qələbə sevincini bölüşən vətəndaşlar öz şəxsi avtomobilləri ilə yol hərəkəti qaydasını pozaraq qarşı hərəkət zolağına çıxması, nəqliyyat axınına qarşı hərəkət etməsi, lüzumsuz səs siqnallarının verilməsi, ümumiyyətlə yol hərəkəti qaydalarını pozaraq digər hərəkət iştirakçılarının hərəkətinə  təhlükə yaratması faktları tərəfimizdən aşkar edilmişdir və bu, ciddi narahatlıq doğurur.

Bununla yanaşı qeyd etmək istəyirəm ki, ölkə ərazisində hərbi vəziyyətlə əlaqədar olaraq tətbiq edilən komendant saatı və xüsusi karantin rejimi qaydaları gecə saatlarından başlayaraq ciddi şəkildə pozulur.

Hal hazırda mövcud vəziyyətlə əlaqədar olaraq hazırda paytaxtın inzibati ərazisinə düşən küçə və prospektlərdə  polis əməkdaşları və daxili qoşunların hərbi qulluqçuları tərəfindən tam nəzarətə götürməklə xidmətin təşkili davam etdirilir.

Odur ki, sürücülərdən və digər hərəkət iştirakçılarından tələb edirik ki, hərbi vəziyyətlə bağlı tətbiq edilən komendant saatı və pandemiya ilə bağlı tətbiq edilən xüsusi karantin qaydalarına və bununla yanaşı yol hərəkəti qaydalarına da ciddi şəkildə əməl etsinlər.

Deyilənlərə əməl edilmədiyi halda polis əməkdaşları tərəfindən məsuliyyət tədbirləri həyata keçiriləcəkdir.

 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...