Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni saytlar yaradılacaq

Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yeni saytlar yaradılacaq

Yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı televiziya və radio verilişlərinin, sosial şəbəkə materiallarının və digər sosial reklamların, habelə nəşrlərin hazırlanması və yayılması, kütləvi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, velosipedçilərin, motosiklet və moped sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, belə vasitələrdən istifadə ilə bağlı təbliğat-təşviqat işinin aparılması, həmçinin televiziya və radio verilişlərinin, audiovizual və kütləvi nümayiş etdirilən və ya digər şəkildə açıqlanması nəzərdə tutulan əsərlərin hazırlanması zamanı yol hərəkəti təhlükəsizliyinin təbliği nəzərə alınacaq.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

İnternet resurslarından aktiv və səmərəli istifadə edilməsi, bu sahədə mövcud imkanlardan yararlanması, gənc nəslin maraqlarını nəzərə almaqla təbliğat xarakterli yeni internet səhifələrinin yaradılması, yol hərəkəti təhlükəsizliyi sahəsində virtual məkanda baş verən prosesləri izləməklə antitəbliğat xarakterli informasiyaların yayılmasının qarşısının alınması üçün təşkilati-hüquqi vasitələrdən istifadə edilməsi nəzərdə tutulub. 

Bununla bağlı icraçı qurum kimi müəyyənləşən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Bakı Nəqliyyat Agentliyi (BNA) mütəmadi olaraq iş aparacaq. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...