Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu

Yığmamızın üzvü Mərakeşdə 2-ci oldu

Şose velosipedi üzrə Elit yığma komandamızın lideri Elçin Əsədov Mərakeşdə keçirilən mötəbər birgünlük yarışda uğur əldə edib.

"Qafqazinfo” xəbər verir ki, o, UCI-ın 1.2 kateqoriyalı "Challenge du Prince - Trophée de l'Anniversaire” turunda 146 km məsafəni 2-ci yerdə başa vurub. Bununla da E. Əsədov ölkəmizin reytinqinə "Tokio-2020” Yay Olimpiya Oyunları üçün 30 xal qazandırıb.

Qeyd edək ki, Elçin iki gün əvvəl Mərakeşdə təşkil edilən digər birgünlük "Challenge du Prince - Trophée Princier” turunda 9-cu olmaqla, daha 3 lisenziya xalı əldə etmişdi.


OXŞAR XƏBƏRLƏR