Yevlaxda motosiklet aşıb, xəsarət alan var
14:10 / 19.09.2019
961
Yevlax rayonunda idarəetmədən çıxan motosiklet aşıb.
Sfera.az bildirir ki, hadisə zamanı sürücü, 1969-cu il təvəllüdlü Mahir Məmmədli müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (Report)