Yeniyetmələrə vurulacaq “Pfizer” vaksininin ÖZƏLLİKLƏRİ

Yeniyetmələrə vurulacaq “Pfizer” vaksininin ÖZƏLLİKLƏRİ
Səhiyyə Nairliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi Azərbaycanda 16-18 yaş arası şəxslərə Pfizer ("Comirnaty”) vaksinin vurulması barədə qərar qəbul edib.

Sfera.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatnın (ÜST) ötən ilin sonunda elan olunmuş qərarına əsasən, peyvəndin keyfiyyəti, təhlükəsizliyi və effektivliyi barədə məlumatların nəzərdən keçirilməsindən sonra Pfizer-BioNTech vaksinini təcili istifadə üçün təsdiqlənən vasitələr reyestrinə daxil edib.

Pfizer-BioNTech vaksinin qoruyucu təsiri ilk dozadan 12 gün sonra inkişaf etməyə başlayır. Yeganə dozanın uzunmüddətli qoruyucu təsiri tam məlum deyil və mütəxəssislər bunun üçün əlavə araşdırmalara ehtiyac olduğunu bildirir. Hazırda peyvəndin 21-28 gün intervalla iki dozasının tətbiqi tövsiyə edilir.

Ötən il ÜST sözügedən peyvəndi 16 yaşdan yuxarı olanlara tövsiyə edib. Daha sonra bu yaş həddi bir qədər də azaldılıb.

Mayın əvvəlində Kanada Pfizer-BioNTech vaksinini 12-15 yaş arasındakı yeniyetmələr üçün təsdiqləyən ilk ölkə olub. Daha sonra bu yaş qrupunda peyvəndin istifadəsini Avropa İttifaqının dərmanlara nəzarət qurumu (EMA) da təsdiq edib.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatında 16 yaş və yuxarı insanlarda aparılan klinik tədqiqatlara əsasən, Pfizer-BioNTech peyvəndi əvvəl COVID-19 keçirməyən insanlarda bu infeksiyanın qarşısını almaqda 95 faiz effektiv olduğu göstərilib. Pfizerin 95 faiz effektivliyi barədə məlumatı ÜST də təsdiqləyib.

Bu baxımdan "Pfizer”in digər vaksinlərlə müqayisədə COVID-19 virusuna qarşı daha effektli olduğu bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, Almaniya istehsalı olan "Pfizer” peyvəndi 5 gün termokonteynerdə qala bilir. Beş gündən sonra termokonteynerdə olan peyvəndlər mənfi 60-80 dərəcəlik soyuduculara boşaldılır. Vaksini maksimum 3-5 dəqiqə ərzində boşaltmaq lazımdır. "Pfizer” vaksini ultra soyuq zəncir tələb etdiyi üçün mənfi 60-80 dərəcə temperatur şəraitində 6 ay saxlanıla bilər. Lakin "Pfizer” peyvəndinin müsbət 2-8 dərəcədə də saxlanıla bilməsi elmi araşdırmalar nəticəsində təsdiq edilib. Həmin vaksin müsbət 2-8 dərəcədə 31 gündən çox saxlanıla bilməz.

Məlumat üçün bildirək ki, Azərbaycanda Pfizerin ("Comirnaty”) tətbiqinə 7 iyun 2021-ci ildən start verilib. Həmin tarixdən vətəndaşların seçim imkanlarını daha da artıran vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində və Zərifə Əliyeva 5 ünvanında yerləşən Mərkəzi Klinik Xəstəxanasının ambulatoriyasında başlanılıb. Həmçinin, "Leyla Medical Center”də, "Caspian İnternational Hospital”da və M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında və Sumqayıtda da vətəndaşlara "Pfizer”dən istifadəyə şərait yaradılıb.

OXŞAR XƏBƏRLƏR

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Şəkidə tibb bacısı antibiotikdən şoka düşüb.   Sfera.az-ın məlumatına görə, bu gün axşam saat 17 radələrində rayonun Kiş kənd sakini 1975-ci il təvəl...

Qərəzli qətnamələrin yeganə səbəbi Qarabağı azad etməyimizdir

Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında indiki və gələcək nəsillərin heç vaxt unutmalı olmadığı həqiqəti hər birimizin diqqətinə çatdırdı: &...

Rusiya NATO ölkələrinə hücum edəcəkmi? - Şoyqu aydınlıq gətirdi

"Bizim NATO-ya üzv dövlətlərə hücum etmək üçün nə geosiyasi, nə də hərbi maraqlarımız var". Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyas...

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...