Messi "İnter Mayami"də qala bilər

Messi "İnter Mayami"də qala bilər

Dünyaca məşhur argentinalı idman jurnalisti Leo Paradiso "İnter Mayami" ilə müqavilə müddəti başa çatan Lionel Messinin gələcəyi haqqında danışıb.

 

Sfera.az ESPN-ə istinadən xəbər verir ki, Paradiso ulduz futbolçunun hazırkı klubu ilə yeni müqavilə imzalamağa daha yaxın olduğunu dilə gətirib.

 

"Leo başa düşür ki, dünya çempionatına yaxşı formada qatılmaq istəyirsə, karyerasının bu mərhələsində fiziki durumuna və oyun praktikasına diqqət ayırmalıdır. O, bunu "İnter Mayami"də edə bilər. Leo dünya çempionatında oynamaq istəyir və turnirdən əvvəlki aylarda zədələnməməyə və ya həddən artıq yüklənməməyə çalışacaq. Son vaxtlar onu əzələ zədələri ehtimalı daha çox narahat edir. Düşünürəm ki, o, başqa kluba keçməkdənsə, "İnter Mayami" ilə müqavilə müddətini uzatmağa daha yaxındır", - jurnalist Argentinanın "Splendid AM 990" radiosunun efirində bildirib.

 

Qeyd edək ki, bundan əvvəl mətbuat Messinin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubundan olduqca sərfəli təklif aldığını yazıb.


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...