Qarpızın içərisində bu izlər varsa YEMƏYİN!


Qarpızın içərisində bu izlər varsa YEMƏYİN!

Yay fəsli yeni daxil olsa da artıq 16 nəfər qarpızdan zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib. Belə ki, Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, may-iyun aylarında qarpızdan zəhərlənmə şübhəsi ilə mərkəzə müraciət edən 16 nəfərə tibbi yardım göstərilib. Onlar arasında ölüm halı qeydə alınmayıb.

 

Əvvəlki illərdə qarpız, əsasən iyulun sonu və avqustda yetişir və yeyilirdi. Son illərdə isə artıq aprelin sonunda qarpız piştaxtaları bəzəyir.
 

Zəhərlənməyə nə səbəb olur? Zəhərlənməmək üçün nələrə diqqət etməliyik?
 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb sahəsi üzrə mütəxəssis Adil Qeybulla deyib ki, zəhərlənmə əsasən onun yetişdirilmə və saxlanma şəraitindən asılıdır:
 

“Meyvə tərəvəzlərdən zəhərlənmə halları səbəbsiz deyil. Xüsusilə, qarpız və sulu meyvələrdən zəhərlənmələr daha çox onun yetişdirmə və saxlanma qaydalarına bağlıdır. Bəzən vaxtından əvvəl yetişdirilən meyvələrə süni iqlim şəraitində yetişdirildiyi üçün müxtəlif gübrələr, dərmanlar vurulur ki, o da meyvənin tərkibinə keçə bilər. Qarpız kimi giləmeyvələr də bu cür maddələri daha çox özündə toplayır. Qarpızı kəsərkən onun içərisi yetərincə gözümüzün öyrəşdiyi formada deyilsə, onun içində sarı zoğlar daha qabarıqdırsa və yaxud daha yumşaqdırsa, onları yemək olmaz”.

 

O, bildirib ki, vaxtından əvvəl yetişmiş meyvələri çox az miqdarda qəbul etmək lazımdır:
 

“Bəzən insanlar nəfsini saxlaya bilmirlər və bu da bədənə həddən artıq zərərli maddələrin toplanmasına və zəhərlənməyə gətirib çıxara bilər. Bəzi genetik modifikasiya olunmuş meyvələr var ki, konkret bir temperaturda bunların geni dəyişdirilir. Bunlar da uzun müddət, illərlə qala bilir.
 

Amma bu temperatur fərqi dəyişdikdə onlar tez yetişir və xarab olurlar. Bu da əsasdır. Bu məhsullar təhlükəlidir. Günəş altında uzun müddət qalan meyvə və giləmeyvələri qəbul edəndə diqqətli olmaq lazımdır. Bütün bunlara insanlar əməl etsələr və az qəbul etsələr problemlər yaşanmaz. Məncə, hər meyvə öz vaxtında yeyilsə yaxşı olar”.
 


OXŞAR XƏBƏRLƏR

Müğənniliyə başlayan dırnaq ustasının qazancı mübahisə yaratdı - VİDEO

ATV-nin efirində müğənnilər arasında gərginlik yaşanıb.   Publika.az xəbər verir ki, "Rəngarəng"də qonaq olan müğənni Bəturə Hüseynova ilə ...

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...