\"Yenidən ərə gedəcəyəm\"

\

Müğənni Emre Altuğdan iki oğlu olan model Çağla Şikel etirafları ilə gündəmə gəlib.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, sərt görünüşlü olduğu üçün kişilərin ondan uzaq durduğunu deyən Çağla evlilik barədə danışıb:

"Kişilər mənə yaxınlaşmağa qorxurlar. Çox işləyən, uşaqlarına yaxşı baxan, güclü bir qadınam. Hər kişinin işi deyil mənim həyatıma dözsün. Allah qismət etsə, ərə gedəcəyəm. Hələ 37 yaşım var, qapıları niyə bağlayım ki? Evlilik üçün ürəyim getmir, amma uşaq üçün məcburam. Bir uşaq daha istəyirəm".


OXŞAR XƏBƏRLƏR