Yeni səhiyyə naziri kimdir? - DOSYE
12:47 / 19.01.2022
1698
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün
imzaladığı sərəncama əsasən Teymur Musayev səhiyyə naziri təyin edilib.
Sfera.az yeni nazirin dosyesini təqdim edir:
Teymur Musayev 16 sentyabr 1970-ci ildə Bakı şəhərində
anadan olub.
Təhsili: 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik
Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdində 1 saylı orta məktəbdə,
sonradan 1981-1987-ci illərdə Bakı ş. 189 saylı orta məktəbdə təhsil alıb. Məktəbi
medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutunun 1-ci müalicə-profilaktika
fakültəsinə qəbul olub. 1993-cü ildə həmin fakültəni fərqlənmə
diplomu ilə tamamlayıb. 25 dekabr 2000-ci il tarixində namizədlik
dissertasiyasını müdafiə edib və 2001-ci il 4 aprel tarixli Ali Attestasiya
komissiyasının qərarı ilə "tibb elmləri namizədi” elmi dərəcəsini alıb.
2003-2004-cü illərdə Fransanın "Universite Strasburg
1” Universitetində "laparoskopik cərrahiyyə” ixtisası üzrə diplom kursunun tələbəsi
olub. 2013-2015-ci illərdə "Riga İnternational School of Business and
Economics” və "Riga Stadins University” birgə magistratura təhsili alıb və
2015-ci ilin may ayında "Master fo Health Management (business executive)”
magistr dərəcəsini alıb.
İş fəaliyyəti: 1994-1997-ci illərdə Bakı şəhəri 16
saylı poliklinikada sahə həkim-uroloq kimi fəaliyyət göstərib. 1997-2001-ci illərdə
H.T.P.-hi tec Pharm İsrail klinikasının Bakı filialının tibbi direktoru olub və
həkim-uroloq kimi işləyib. 2001-2003-cü illərdə "Azərbaycan Respublikasının İlk
Reproduktiv Sağlamlıq” proqramının direktor müavini vəzifəsində çalışıb.
2003-2006-cı illərdə Baku City hospital özəl tibb mərkəzində həkim-uroloq,
2006-2015-ci illərdə N.Tusi adına Klinikada ardıcıllıqla həkim-uroloq, şöbə
müdiri, baş həkimin müalicə işləri üzrə müavini, baş həkim, tibbi direktor vəzifələrində
çalışıb. 2015-2016-cı illərdə "Baku Dobromed Hospital” özəl tibb mərkəzinin
tibbi direktoru olub. 2016-2019-cu illərdə "Chenot Palace Gabala” kurortoloji mərkəzin
tibbi direktoru vəzifəsində çalışıb. 2019-2020-ci ilin aprel ayına kimi "Spero
Hospital” özəl tibb mərkəzində həkim-uroloq kimi fəaliyyət göstərib.
Kariyerası: 2020-ci ilin aprel ayından etibarən Səhiyyə
Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb. 23 aprel
2021-ci ildə Prezident İlham Əliyev Teymur Yusif oğlu Musayevin Azərbaycan
Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında sərəncam
imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə, Azərbaycan Respublikası səhiyyə
nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Teymur Yusif oğlu
Musayevə verilib.