Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ

Yeni marşrut xətti təşkil edilir: Gediş haqqı 40 qəpik olacaq - RƏSMİ
Dövlət başçısının tapşırığına əsasən Bakıətrafı kənd və qəsəbələr üzrə sərnişindaşımaların keyfiyyəti artırılır. Köhnə, istismar müddətini başa vuran avtobuslar müasir, rahat və iritutumlu nəqliyyat vasitələri ilə əvəz edilir. Bu çərçivədə ümumilikdə 48-minə yaxın əhalinin yaşadığı Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrində sərnişindaşımaların keyfiyyəti yaxşılaşdırılır.

Sfera.az bildirir ki, qeyd olunan qəsəbələrin sakinlərindən nəqliyyat xidmətlərinin keyfiyyətinin aşağı, avtobusların köhnə və istismara yararsız olması barədə mütəmadi olaraq Agentliyə şikayətlər daxil olurdu. "3 № Bakı Avtonəqliyyat Müəssisəsi” MMC-nin müvəqqəti istismarındakı bu xətlər üzrə avtobuslara zəruri texniki qulluğun göstərilməməsi, xüsusən qış aylarında çətinliklər yaradırdı. Bu isə sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Nəticədə metronun "Koroğlu” stansiyasından Pirallahı, Zirə, Türkan və Qala qəsəbələrinə gedən sərnişinlər qanunsuz sərnişindaşıma xidmətlərindən istifadə edirlər. Bu isə öz növbəsində sərnişinlərin daha artıq vəsait ödəməsilə yanaşı, həm də təhlükəsizlik baxımından narahatlıq doğurur.

Bütün bunları nəzərə alaraq Pirallahı, Zirə, Türkan və Qala qəsəbələri Koroğlu NMM-i istiqamətində sərnişindaşımalarının təşkilində dəyişiklik edilib.

Dəyişikliyə əsasən Qala qəsəbəsində mübadilə məntəqəsi təşkil edilib. Yeni dayanacaq pavilyonları qoyulub, iki dədə "BakıKart” ödəmə terminalı quraşdırılıb və digər zəruri infrastruktur işləri görülüb. 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobuslar müvafiq olaraq Türkan, Pirallahı və Zirə qəsəbələrindən sərnişinləri Qala mübadilə məntəqəsinədək gətirəcək.

Bu ərazidən isə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinə (NMM) "Q1” adı altında yeni marşrut xətti təşkil edilir. "BakuBus” MMC-nin istismarında olacaq xətt üzrə avtobuslar Ramana yoluna daxil olmadan birbaşa hərəkət edəcək ki, bununla da sərnişinlərin səyahət müddəti əhəmiyyətli dərəcədə azalacaq və onlar təyinat məntəqəsinə daha tez çatacaqlar. Q1 xətti üzrə gediş haqqı 40 qəpik müəyyən edilib və ödəniş nağdsız formada olacaq.

Dəyişikliklər sayəsində Pirallahı, Zirə, Türkan və Qala qəsəbəsi sakinlərinin "Koroğlu” NMM və əks istiqamətdə rahat və təhlükəsiz şəkildə daşınması mümkün olacaq. İki marşrut xəttindən istifadə etmələrinə baxmayaraq onların səyahət müddəti əvvəlki vaxtla müqayisədə əhəmiyyətli dərəcədə azalacaq. Həmçinin, xətt dəyişikliyi nəticəsində Pirallahı qəsəbəsindən "Koroğlu” NMM-ə gedən sərnişinlər 10 qəpik daha az gediş haqqı ödəyəcəklər.

Məlumat üçün bildiririk ki, 101, 150 və 187 nömrəli müntəzəm marşrut xətləri sərnişindaşımaları balansında əsaslı təmir edilən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilib. Qeyd edək ki, bütün dəyişikliklər 12.04.2021-ci il tarixindən tətbiq olunacaq.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...