Yeni doğulan körpənin bu görüntüləri hər kəsi güldürür - FOTOLAR

Yeni doğulan körpənin bu görüntüləri hər kəsi güldürür - FOTOLAR
Yeni dünyaya gələn uşağın qəzəbli baxışı barədə foto sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. "Daily Mail”in məlumatına görə, foto Braziliyanın Rio-de-Janeyro şəhərində çəkilib.

Məlumata görə, İzabella Pereyra de Xesus qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Ana bu xoşbəxt anı həmişəlik yaddaşa köçürmək üçün yerli fotoqraf Rodriqo Kustmanı dəvət edib.

Lakin çəkilən fotolar ananın da, elə orada olanların da gözlədiyindən fərqli olub.

Fotoqraf həmin anlar barədə bunları danışıb.

"Körpə gözlərini geniş açmışdı, ancaq ağlamırdı. Həkim ona "ağla, İza” (Bu uşağın ciyərlərinin işləməsi üçün lazımdır - red.) dedi. O, sifətini ciddiləşdirib baxdı. Və ancaq həkim onun göbəyini kəsdikdən sonra bərkdən ağlamağa başladı”.

Fotoqraf həmçinin İzabellanın ilk anları barədə fotoları paylaşıb.

Ananın sözlərinə görə, qızı vaxtından bir həftə əvvəl dünyaya gəlməklə artıq öz iradəsini göstərib.

OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...