Yeni dərs ili ilə bağlı qərar nə vaxt veriləcək? - VİDEO

Yeni dərs ili ilə bağlı qərar nə vaxt veriləcək? - VİDEO
Yeni dərs ilinin başlanmasına iki həftədən də az müddət qalıb. Amma müddətin az olmasına baxmayaraq, dərslərin əyani, yoxsa distant formada başlayacağı bilinmir. Bu hal isə valideynləri də düşündürməyə başlayıb.

Rəyini öyrəndiyimiz bütün valideynlər məktəblərin açılması ilə bağlı qərarın tez verilməsini istəyirlər. Çünki zaman onlar övladları üçün məktəb ləvazimatları alıb-almayacaqları barədə qərar verməkdə çətinlik çəkirlər.

Xezerxeber.az-ın məlumatına görə, satıcılar isə mövcud vəziyyətlə bağlı əvvəlki illərə nisbətən satışın azaldığını deyirlər.

Yeni tədris ilinin başlanması ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və uyğun fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair yaxın günlərdə ətraflı məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:   


OXŞAR XƏBƏRLƏR