Yelo Bank Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir

Yelo Bank Lənkəranda yeni konseptdə filialın açılması üçün tender keçirir
 
"Yelo Bank" ASC yeni "Lənkəran" filialının təmiri üçün acıq tender elan edir.
Ümumi sahəsi 500 kvadratmetr olan yeni bina iki mərtəbədən ibarətdir.
Tender iştirakçılarına təmir ediləcək sahənin planı təqdim ediləcək.
Qalibin seçilməsi zamanı aşağıda qeyd edilmiş bəndlər əsas götürüləcək:
 Təklif edilən qiymət;
 Təmirin tam icra edilmə müddəti (2 ay);
 İstifadə ediləcək materialların keyfiyyəti;
 Sifarişçiyə görülmüş islərin nəticəsi barədə həftəlik hesabat verilməsi.
Qeyd edək ki, təmir işləri 2 mart 2020-ci il tarixində başlamalı.
Tender təkliflərinin qəbulu 27 fevral 2020-ci il tarixində yekunlaşacaq. Bu tarixədək
tenderdə iştirak etməkdə maraqlı olan şəxslər aşağıdakı məlumatlar təqdim edilməlidir:
 tenderdə iştirak üçün yazılı müraciət
 iddiaçının hüquqi statusunu əks etdirən sənədlərin (nizamnamə, dövlət
qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) surəti;
 tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan
şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
 iki nüsxədə Azərbaycan və rus dilində tender təklifi (istifadə olunacaq
materialların istehsalçı ölkə barəsində məlumat);
 inzibati binanın təmir edilməsi üçün tələb olunan müddət.
Sənədlər tender təklifi ilə birlikdə 27 fevral 2020-ci il tarixində saat 17:00-a qədər
möhürlənmiş, imzalanmış, yazılı surətdə zərfdə sifarişçinin Bakı şəhəri, Puşkin 30
yerləşən ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.
Yaranacaq bütün sualları aşağıdakı məsul şəxslərə ünvanlaya bilərsiniz:
Fərid Mahmudov - [email protected], (+99450) 363 97 42
Azər Cəfərov - [email protected], (+99450) 312-27-07

OXŞAR XƏBƏRLƏR

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...