28 May – Müstəqillik Günü
28 may 1918-ci il Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bu şanlı tarixə gələn uzun yolda Azərbaycanın vətənpərvər, milli şüurlu ziyalıları xalqımızda milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görmüşlər. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, F.Köçərli, N.Nərimanov, M.S.Ordubadi və bir çox ziyalılar Azərbaycan xalqında azadlıq, milli ruh əhval-ruhiyyəsinin inkişaf etməsində xidmətlər göstərmişlər. 28 may 1918-ci ildə keçmiş Qafqaz