İnsan, Cəmiyyət və Müəllim


İnsan, Cəmiyyət və Müəllim

İnsanın yaranışını möcüzə hesab edirlərsə, bütün məziyyətləri ilə birlikdə yaxşı bir insanın yetişdirilməsi ikiqat möcüzə hesab olunmalıdır. Əminəm ki, həyatda insan yetişdirməkdən çətin və şərəfli bir peşə yoxdur. Yaranan insana ruh qatan, şüurunu və düşüncələrini cilalayan, mənəviyyatını yetişdirənlər, bir sözlə, bu ikiqat möcüzəni yaradanlar müəllimlərdir. Əməyi ölçüyə gəlməyən fədakar, təvazökar və təmənnasız insanlar. Bu gün bu şərəfli missiyanı yerinə yetirənlərin peşə bayramıdır - Müəllimlər günüdür!

 

Быть смелыми ради детей: украинские учителя работают, невзирая на пандемию  и обстрелы | UNICEF

 

Bir zamanlar Almaniya kansleri O.Bismark ölkəsinin əldə etdiyi qələbələrin möhtəşəmliyini və əzəmətini alman müəlliminin adı ilə bağlamışdı. Fransa-Prussiya müharibəsində Prussiyanın qələbəsini vəsf edən Bismark yazırdı: “Biz qələbə çaldıq, bu mübarizəmizdə alman müəllimi fransız müəlliminə üstün gəldi”.

 

Azərbaycanın görkəmli filosof şairi Hüseyn Cavid isə rus – yapon müharibəsində yaponların ruslar üzərində qələbəsinin səbəbini yapon müəllimlərinin güclü iradəyə və yenilməz vətən sevgisinə malik yapon vətənpərvərlərini yetişdirmə bacarığında görürdü.

 

Hüseyn Cavid, Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil kimi milli düşüncəli aydınlarımız, millətimizin işıqlı sabahı yolunda ömrünü şama çevirən  Firudin bəy Köçərli, Abdulla Şaiq, Mircəlal Paşayev, Nəsir İmanquliyev, Fəridə Vəzirova, Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Şirməmməd Hüseynov, Aydın Məmmədov, Yəhya Kərimov, Fərman İsmayılov, Rafiq Əliyev və onlar kimi yüzlərlə, minlərlə maarifçi ziyalılarımız böyük müəllimlər olublar. Köhnə dövrün arxaik bir cəmiyyətindən çıxmış toplumda ictimai şüuru yetişdirən, milli-mənəvi dəyərləri yorulmadan gənc nəsillərə aşılayan, milli mədəniyyətimizi davamlı şəkildə intibah etdirən, bir sözlə, millətin sabahını daha aydın və işıqlı etməyə çalışan müasir Azərbaycan ziyalılığının memarları da müəllimlərdir. Məhz bu ənənə əsasında milli qürura və milli heysiyyata, vətən təəssübkeşliyinə sədaqət ruhunda yetişmiş gənclərimiz Qarabağda yeni tariximizin zəfər salnaməsini yazdılar. Bu möhtəşəm zəfəri qazananlar da öz fədakar  müəllimlərinin yetişdirmələridir. 

 

Bu gün müəllimlər günüdür. Bu hamı üçün xüsusi bir gündür, çünki hamımız əvəzsiz müəllim əməyinin məhsullarıyıq. Mən də  bütün müəllimlərimi həmişə sonsuz minnətdarlıq hissilə xatırlayıram. Onlar da valideynlərimiz kimi, borclarını sona qədər qaytara bilmədiyimiz və bilməyəcəyimiz nadir insanlardır.  Hər bir insan valideynlərinin və müəllimlərinin tərbiyəsindən, təlimindən  keçərək cəmiyyətin bir üzvünə çevrilir. Bu mənada valideynlər də elə ilk müəllimlərimizdir. Beləcə, cəmiyyətimizdə insan adına nə varsa, hamısı müəllim əməyinin nəticəsidir. Ona görə də bu gün təkcə müəllimlərin yox, onları sevən, onlarla fəxr edən, özünü onlara borclu sayan hamının – bütün cəmiyyətin bayram günüdür.  Deməli, müəllim yeganə peşə sahibidir ki, onun adına təsis olunmuş bayram hamının, bütövlükdə cəmiyyətin bayramına çevrilir. Müəllim adının yüksəkliyi də bununla bağlıdır. 

 

Bayramınız mübarək, əziz müəllimlər! 

 

Bayramın mübarək, müəllimlərin yetişdirdiyi Azərbaycan cəmiyyəti!  

 

Müəllimlərimə sonsuz minnətdarlıqla,

 

Cavanşir Feyziyev

Millət vəkili, fəlsəfə doktoru


OXŞAR XƏBƏRLƏR

Konqoda bu il minə yaxın insan meymunçiçəyindən öldü

Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb. &nbs...

Ermənistanın bu açıqlamaları manipulyasiyadır - XİN

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin bütün vasitələrlə hücum silahları ilə təchiz olunan, konstitusiyasında və digər hüquqi aktlarında Azərbay...

Aynur Dadaşova tanınmaz halda - FOTO

Müğənni Aynur Dadaşova paylaşımı ilə gündəmə gəlib.   Sfera.az xəbər verir ki, sükan arxasında çəkdiyi selfisini instaqram səhifəsində yayımlayan sən...

Ermənistan bu məsələni həll etməlidir - Əmirbəyov

Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılması üçün ikitərəfli danışıqlar kritik yekun mərhələyə qədəm qoyub.   Sfera.az xəbər ver...

Gürcüstan sərhədində 200-dən çox yük maşını gözləyir

Gürcüstan-Ermənistan sərhədində 233 yük maşınının növbəsi yaranıb.   Sfera.az xəbər verir ki, yük maşınları Sadaxlıdan Ermənistana giriş üçün növbə g...

"Kuruluş Osman"ın aktyorundan Əməkdar artistlə bağlı paylaşım -FOTO

Türkiyəli aktyor Kemal Başar Əməkdar artist Elxan Yunislə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, aktyorlar İstanbulda görüşüblər. &n...