Prezidentin parlament çıxışı MM-in fəaliyyət istiqamətlərinini müəyyən etdi

Prezidentin parlament çıxışı MM-in fəaliyyət istiqamətlərinini müəyyən etdi

Müstəqilliyimizin bərpasından sonrakı müddətdə formalaşmış ənənəyə uyğun olaraq 7-ci Çağırış Milli Məclisin ilk iclası Prezident İlham Əliyevin deputatlar qarşısında çıxışı ilə başladı. Ölkə başçısı mövcud beynəlxalq siyasi şəraitdə Azərbaycanın mövqeyi və izlədiyi siyasətlə bağlı öz fikirlərini Milli Məclis üzvləri ilə bölüşdü, qarşıda duran vəzəifələr və hədəflər barədə aydın fəaliyyət istiqamətləri müəyyən etdi.

 

Prezident son illərdə bölgəmizdə formalaşmış mövcud siyasi reallıqlar şəraitində ölkənin hərbi qüdrətinin davamlı olaraq artırılmasının zəruriliyini vurğuladı. Dövlət başçısı bu məqsədlə milli hərbi-sənaye kompleksinin inlişaf etdirilməsini, ən yeni texnologiyaların tətbiqi vasitəsilə Silahlı qüvvələrin maddi-texniki bazasının daim modernləşdilməsini və son nəticədə ölkənin müdafiə qabiliyyətinin yeni dövrün tələblərinə uyğun şəkildə artırılmasını dövlətin prioritet fəaliyyət istiqaməti kimi dəyərləndirdi. Bütün bunlar Ermənistanın sülh prosesindən yayınmaq cəhdləri, bölgədən kənar güclərin Ermənistanı silahlandırması, orada baş qaldıran revanşist ideyaları dəstəkləməsi və nəticədə Ermənistanda möhkəmlənməklə onun üzərindən bölgə dövlətlərini öz təsir dairəsinə salmaq təşəbbüslərindən doğan obyektiv reallıqlar kimi özünü göstərir.

 

Prezident ölkədə daxili sabitliyin təmin edilməsi, davamlı iqtisadi inkişfın və sosial rifah səviyyəsinin yüksəldilməsi üçün bütün zəruri addımların atıldığını diqqətə çatdırdı və bu istiqamətdə dövlət tərəfindən görülən tədbirlərin kifayət qədər səmərəli olduğunu qeyd etdi. Daxili sabitliyə təhlükə yaradan amillərdən birinin ideoloji təxribat olduğunu vurğulayan ölkə başçısı müstəqilliyimizin bərpasından sonrakı bütün illər ərzində xarici güclər tərəfindən bu kimi cəhdlərin heç vaxt dayandırılmadığını bildirdi. Belə təxribatların qarşısının alınması üçün Prezident ölkədə milli həmrəyliyin təmin edilməsini və gənc nəslin milli – mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyəsini cəmiyyət qarşısında dayanan prioritet vəzifə olduğunu və bu vəzifələrin yerinə yetirilməsində ailənin və məktəbin rolunu xüsusi olaraq qeyd etdi.

 

İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq-quruculuq işləri, orada həyata keçirilən irimiqyaslı infrastruktur layihələri haqqında danışan Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılmış tarixi-mədəni irsimizin bərpa olunmasını və keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə öz doğma yerlərinə qaytarılmasını dövlətin ən vacib fəaliyyət sahəsi olduğunu qeyd etdi və bildirdi ki, həmin ərazilərdə yeni istehsal sahələrinin yaradılması bütövlükdə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına böyük töhfə verəcək.

 

Prezidentin çıxışında Ermənistanla münasibətlərin normallaşdırılması və bu məsələdə Azərbaycanın mövqeyi də öz şərhini ətraflı şəkildə tapdı. Ölkə başçısı vurğuladı ki, 44 günlük müharibədən sonra ilk sülh təşəbbüsü məhz Azərbaycan tərəfindən irəli sürülüb və bu təşəbbüs faktiki olaraq çıxılmaz vəziyyətdə olan Ermənistana mövcud durumdan çıxış üçün dəstək şəklində Azərbaycanın xoş məramı kimi öz ifadəsini tapıb. Lakin hadisələrin sonrakı gedişatı göstərir ki, Ermənistan bölgədə sülhün bərqərar olunmasına məsuliyyətli yanaşmır və kifayət qədər maraq göstərmir. Prezident Ermənistan siyasi rəhbərliyinin sülh müqaviləsinə göstərdiyi yanaşmanı “primitiv” və “qeyri-adekvat” adlandırdı və bildirdi kİ, regionumuz üçün bu qədər mühüm əhəmiyyət kəsb edən sülh məsələsinə Ermənistanın məsuliyyətsiz münasibəti onu göstərir ki, Ermənistan yaxın zamanlarda sülh bağlanmasında maraqlı deyil. Bununla belə Azərbaycanın öz prinsipial mövqeyindən heç zaman geri çəkilməyəcəyini bəyan edən ölkə başçısı əslində Ermənistan siaysi hakimiyyətinə və onun havadarlarına ciddi mesaj göndərmiş oldu. Prezident Ermənistan hakimiyyətinə və xalqına mesajını bu şəkildə ifadə etdi: “…əgər ermənilər bu regionda sülh və sabitlik şəraitində yaşamaq istəyirlərsə qonşu ölkələrə qarşı ərazi iddialarından birdəfələik imtina etməli və onlarla səmimi əməkdaşlıq münasibətləri qurmalıdırlar…”


Prezident həmçinin Ermənistanda revanşist qüvvələri dəstəkləyən və Ermənistanı silahlandıran dövlətlərə də işarə edərək bildirdi ki, bölgədə yeni müharibənin alovlandacağı təqdirdə bütün məsuliyyət məhz onların üzərinə düşəcək və Azərbaycan – Ermənistan münasibətlərinin normallaşdırılmasına müdaxilə etmək istəyən dövlətləri bu kimi fəaliyyətlərdən imtina etməyə çağırdı.

 

Bütün bunlarla yanaşı, Azərbaycanın mövqeyinin beynəlxalq birlik tərəfindən dəstəkləndiyini qeyd edən Prezident İlham Əliyev COP-29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin bütün dünya dövlətləri tərəfindən yekdil şəkildə dəstəklənməsini məhz bunun təsdiqi olduğunu bildirdi. İnkişafımızın bu gün başlayan yeni mərhələsində Azərbaycanın dünya ilə siyasi, iqtisadi, mədəni əlaqələrinin daha da artacağını və yüksələn xətlə inkişaf edəcəyindən əmin olduğunu bildirən Prezident İlham Əliyev 7-ci Çağırış Milli Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı


OXŞAR XƏBƏRLƏR

Yaşar Gülər “ADEX-2024” sərgisində İŞTİRAK ETDİ

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər V “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə yubiley və “Securex Caspian” Beynəlxalq Daxili T...

Tanınmış jurnalist AYNA-nı TƏNQİD ETDİ: "Guya, nümunə olursunuz, əslində özünüz..." - VİDEO

Tanınmış jurnalist Tural Museyibov Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) tənqid edib.   Sfera.az bildirir ki, o, bu barədə sosial media hes...

Azərbaycanda atların sayı sürətlə AZALIR - RƏQƏMLƏR

Son illərdə Azərbaycanda atların sayında sürətli azalma müşahidə edilir.   Sfera.az statistik məlumatlara istinadən xəbər verir ki, atların sayı 201...

Bu müəllimlərin maaşı artacaq - RƏSMİ

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinin nəticələri açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat...

“Xankəndi” futbol klubu YARADILDI

Azərbaycanda “Xankəndi” şəhərini təmsil edəcək futbol klubu yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya k...

Qazaxıstanla hərbi əməkdaşlıq ölkəmizə nə qazandıra bilər? - Politoloq AÇIQLADI

Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Rusl...