Fransanın anti-Azərbaycan mövqeyi bir daha ortaya qoyuldu

Fransanın anti-Azərbaycan mövqeyi bir daha ortaya qoyuldu
Kateqoriya məlum deyil
T

Fransanın Makron hakimiyyəti ən müxtəlif platformalarda Azərbaycana qarşı düşmənçilk münasibətlərini davam etdirməkdədir. 33-cü Yay Olimpiya oyunlarının Fransada keçirilməsinin açılış mərasimi rüsvayçılıqla müşayiət olunmaqla bərabər, ölkəmizə qarşı ənənəvi münasibəti də ikrah doğurdu.

 

Keçiddə erməni sevdasını önə çəkən “Fransa 2” telekanalının aparıcısının “Ötən ilin ermənilər üçün matəm ili, Qarabağın Azərbaycanın əlinə keçməsi” kimi absurd və qərəzli fikirləri Fransanın anti-Azərbaycan mövqeyini bir daha ortaya qoydu.

 

Fransanın anti-Azərbaycan isterikası ilk növbədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və sülh sazişinin imzalanmasına mane olmaq mahiyyəti daşıyır, faktiki olaraq Ermənistanın düşdüyü ağır durumdan çıxmasına ciddi şəkildə əngəllər törədir.

 

Günay Ağamalı,

Ana Vətən Partiyası sədrinin müavini

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR