Logo

“Xəritədə Qazaxıstanın harada olduğunu bilməyənlər...”

“Xəritədə Qazaxıstanın harada olduğunu bilməyənlər...”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Çox təəssüf ki, xəritədə Qazaxıstanın harada olduğunu bilməyənlər orada baş verən hadisələri "şərh" edirlər. Münasibət bildirmək olar, lap olsun, ancaq görünür ki, indiki situasiyada ağıllı və məntiqli adamların Qazaxıstanda baş verənlərlə bağlı ciddi məqalə yazması da lazımlı deyil. Çünki kütləyə ağıllı yox, pafos dolu fikirlər maraqlıdır, yəni eşitmək istədiklərini verməlisən.

Sosial şəbəkələrin Azərbaycan seqmentində Qazaxıstanda baş verən hadisələrə münasibət özünü üç şəkildə büruzə verir:

Birincisi, Azərbaycan hökumətini birbaşa tənqid edə bilmədiyinə görə "məsləhətçi" funksiyasını yerinə yetirən mənsublar... Bunlar Qazaxıstandakı hadisələrlə bağlı yarıciddi, yarılağlağı və atmaca xarakterli, "sərt və ehtiyatlı" statuslar yazaraq, hökuməti Qazaxıstandakı hadisələrdən nümunə, dərs götürülməyə çağırırlar. Buna "çağırırlar" da demək olmaz. Sanki qıraqdan gəlib kiminsə qolundan bir çimdik alıb qaçırsan. Sonra da deyirsən ki, vallah mən deyildim və əslində məqsədim çimdik atmaq yox, massaj etmək idi.

İkincisi, Azərbaycan unu ilə Qazaxıstan qazını eyniləşdirən "pronoz"ların verilməsi. Bizim insanlar heç vaxt anlamaq istəmir ki, tarix boyu Azərbaycanda qiymətlərin yüksək olduğuna görə heç vaxt inqilabi situasiya olmayıb və olmayacaq da... Milli təfəkkürümüzün hədəfləri öz oxundan kənara çıxa bilməz.

Üçüncüsü, müxalifətin və siyasi mühacirlərin situasiyadan yararlanma cəhdləri... Bu da gözləniləndir.

Qeyd: Qazaxıstan ərazisinə görə Mərkəzi Asiyanın ən böyük dövlətidir. Qazaxıstan SSRİ-dən ən gec ayrılan ölkələrdən biri, Kollektiv Təhlükəsizlik Müqaviləsinə də ilk imza atan dövlətlərdəndir.

Düşünürsünüz ki, Şərqdə Çinlə, şimalda Rusiya ilə həmsərhəd olan Qazaxıstanda baş verənlər mavi qazın qiymətinin qalxmasına görədir?

Əhalisinin 30%-ə yaxını xristianlardan ibarət olan, iki rəsmi dövlət dili (rus, qazax) olan Qazaxıstan haqqında "xalq qazın qiymətinə görə ayağa qalxdı" demək çox asandır...

Öncə münaqişə ocaqları aktivləşdirildi, indi də Mərkəzi Asiyaya "köç" edirlər. Qazaxtanda baş verənlər qazax xalqının iradəsini əks etdimir, bu, böyük və yaxın gələcəkdə Mərkəzi Asiya regionu üçün çox ağır fəsadları olacaq qlobal oyunların nəticəsidir.

Samir Feyruzov

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR