Logo

Böyük Qayıdış planı – Qarabağda hansı layihələr həyata keçiriləcək?

Böyük Qayıdış planı – Qarabağda hansı layihələr həyata keçiriləcək?
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Respublikasnın Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri ilə keçirdiyi mətbuat konfransında işğaldan azad olunmuş ərazilərdə görüləcək işlər haqqında da kifayət qədər ətraflı məlumat verib.

Böyük Qayıdış planı – Qarabağda hansı layihələr həyata keçiriləcək?

Azərbaycan dövləti Böyük Qayıdış planını uğurla həyata keçirmək üçün xüsusi tədbirlər planı hazırlamışdır. Qarşıya qoyulmuş məqsədə çatmaq məqsədilə yerli şirkətlərlə yanaşı xarici şirkətlərin fəaliyyətindən də yaralanacağıq. Belə ki, Azərbaycan sərmayədarlar üçün artıq daha maraqlı ölkəyə çevrilməkdədir.

Qurulucaq infrastruktur bölgənin inkişafını sürətləndirəcək və regionun tranzit əhəmiyyətini artıracaq. Fizulidə tikiləcək beynəlxalq aeroportla yanaşı, Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Salınacaq yollardan biri "Qələbə yolu” adlandırılacaq, digər yol isə aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Əsas məqsəd xaricdə yaşayan azərbaycanlıların və digər ölkələrin vətəndaşlarının Qarabağa rahat gəliş-gediş imkanlarını təmin etməkdir.

Qarabağda erməni vandallarının dağıtdığı şəhər və kəndləri bərpa etmək məqsədilə meqaiqtisadi layihələr icra olunacaq. Viranəyə çevrilmiş bütün  şəhərlərin baş planları tərtib olunacaq. Baş planların tərtibi zamanı müharibədən əvvəlkli və indiki əhalinin sayı nəzərə alınacaq. Belə ki, müharibədən əvvəl Ağdam şəhərində təqribən 40 minə yaxın insan yaşayırdı. İndi isə əhalinin sayı 50 mindən çoxdur. Deməli, ən azı 50 min, bəlkə də 70 min nəfərin yaşayacağı bir şəhər planlaşdırılmalıdır və onun infrastrukturu yaradılmalıdır.

Şəhərdə yaşayış evləri ilə bərabər məktəblər, xəstəxanalarvə digər mədəni-məişət binaları da tikilməlidir. Bu isə kifayət qədər uzun zaman və sərmayə tələb edir.

Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, biz bütün tərəfdaş və maraq göstərən ölkələri bərpa işlərinə cəlb edəcəyik. Əsas üstünlük dost ölkələrdən olan şirkətlərə verilicək. Görüləcək işləri vaxtında və kefiyyətlə yerinə yetirmək üçün şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik stansiyalarının tikintisi ilə bağlı sifarişlər artıq verilmişdir.

Görüləcək işin həcmi çox böyükdür, çünki azad edilən ərazilər 10 min kv.km.-dən artıqdır. Deməli, Azərbaycanın bütün dostları üçün kifayət qədər görüləsi işlər vardır.

Bilirik ki, bərpa olunacaq ərazilərdə yeni iqtisadi imkanlar yaranacaq. 11 yanvar 2021-ci ildə imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə görə inşa olunacaq Mehri dəhlizi Avrasiya üçün yeni bir "nəqliyyat damarı” olacaq. Həmin layihənin icra olunması ümumilikdə regionun geosiyasi statusunu dəyişdirəcək.

Ali baş Komanda İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun şanlı qələbəsi sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilmişdir. İndi xarici sərmayədarlar Azərbaycana daha fəal şəkildə sərmayə qoymaqda maraqlı olacaq. Hamı başa düşür ki, hərbi əməliyyatların yenidən başlanması riski demək olar ki, sıfra bərabərdir. Azərbaycan tərəfi sülhsevər olduğu üçün heç bir təcavüzkar hərəkətə yol verməyəcək.

Adətən irimiqyaslı layihələr daha böyük maliyyə vəsaitləri tələb edir. Qarabağda bərpa işlərini həyata keçirmək üçün hazırlanacaq layihələrin icrasından ötrü bir neçə milyard dollar vəsait lazımdır. Hazırda üç hava limanı inşa edilir və ola bilsin ki, gələcəkdə də inşa olunsun. Mehri dəhlizinin aşılması üçün 100 kilometrlərlə dəmir yolu çəkilməlidir.

Şəhərlərarası və kəndlərarası avtomobil yollarını bərpa etmək üçün bəlkə də minlərlə kilometr yol çəkilməsi tələb olunacaq. Bütün kəndlərə asfalt yolun çəkilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulub ki, bütün bölgələrdə elektrik enerjisinin təminatı ilə bağlı layihələrin icrası bu ilin sonuna qədər başa çatdırılsın.

Qayıdacaq əhali içməli su ilə təmin olunmalıdır. İnsanları işləməsi üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Geriyə qayıdacaq bir milyona yaxın insanları yerləşdirmək üçün böyük inşaat layihələri həyata keçirilməlidir.

Teymur Mustafayev

Nərimanov rayonun fəal gənci
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR