Yaşayış yerini tərk edən daha bir neçə COVID-19 xəstəsi aşkarlandı

Yaşayış yerini tərk edən daha bir neçə COVID-19 xəstəsi aşkarlandı
Goranboyda yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb ediliblər.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Safıkürd kənd sakini Kəniş Həsənovun və Boluslu kənd sakini Kamil Əliyevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanları tərk etmələri müəyyən edilib.

Polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndəriblər. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

OXŞAR XƏBƏRLƏR