Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırıldı

Yaponiyada nüvə stansiyasının fəaliyyəti dayandırıldı
Yaponiyanın enerji şirkəti "Kansai Electric Power" ölkənin qərbindəki Fukui prefekturasındakı Mihama Atom Elektrik Stansiyasının (AES) üçüncü reaktorunu bağlayıb.

Sfera.az  xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Reaktorun bağlanmasına səbəb kimi terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi tədbirləri göstərilir.

İnfrastrukturun gücləndirilməsi işləri oktyabrın 25-də başa çatmalı idi. "Kansai Electric Power” nəzərdə tutulan müddətdə işləri başa çatdıra bilmədiyi üçün Yaponiya Atom Enerjisinə Nəzarət üzrə Dövlət Komitəsinin müvafiq əmrinə əsasən şirkət reaktorun işini dayandırmağa məcbur olub.

Atom elektrik stansiyalarında terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi prosesinin 2022-ci ilin sentyabr ayına qədər başa çatacağı gözlənilir. Eyni zamanda, gələn ilin oktyabrına kimi üçüncü reaktorun işi bərpa olunacaq.

Aprelin 14-də Atom Enerjisinə Nəzarət Komitəsi Yaponiyanın ən güclü atom elektrik stansiyası olan Kaşivazaki-Karivanın fəaliyyətini qadağan edib, burada ciddi təhlükəsizlik pozuntuları aşkar edilib.

Qeyd edək ki, 2011-ci ildə Fukusima-1 Atom Elektrik Stansiyasında baş verən qəzadan sonra Yaponiya hakimiyyəti nüvə obyektləri üçün tələbləri sərtləşdirib. Terror hücumlarına qarşı infrastrukturun gücləndirilməsi zərurəti ilə yanaşı, AES-i idarə edən şirkətlər istismar müddəti 40 ildən çox olan reaktorların işini dayandırıblar. Onların fəaliyyətinin bərpası yalnız hərtərəfli yoxlamadan sonra mümkündür.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Çinin şəhərlərində sürücüsüz avtobuslar istifadəyə verildi - VİDEO

Çinin texnologiya nəhəngi "Baidu” şirkəti tərəfindən istehsal olunan və 4-cü səviyyəli avtonom texnologiya ilə təchiz edilmiş 3 sərnişin avtobusu ölkənin cənub-...

Hulusi Akar: “Türkiyə dost və qardaş Azərbaycanın yanında olacaq”

Türkiyə hərbçiləri dünyanın bir sıra ölkələrində vicdanlı və ümumbəşəri prinsiplərlə, böyük səylə çalışaraq, insan haqları, regional səviyyədə sülhün yaranmasın...

Ərdoğan Qətərə səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında işti...

Avstriyada qar uçqunu baş verdi, ölən və yaralılar var

Avstriyada qar uçqunu nəticəsində üç xizəkçi ölüb, ikisi yaralanıb. Sfera.az  xəbər verir ki, onlar Salzburqda gəzintiyə çıxan 11 xizəkçi qrupundan o...

Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazdı - FOTO

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili həbsxanadan azərbaycanlılara məktub yazıb. Sfera.az  xəbər verir ki, sosial şəbəkələrdə yayılan məktu...

ABŞ 500-dək yeni nüvə bombası istehsal edəcək

ABŞ 2025-ci ilə qədər 480 yeni B61-12 taktiki nüvə bombası istehsal edəcək. Sfera.az  xəbər verir ki, bu Amerika alimləri federasiyasının məlumatları...