\"Yaddan çıxıb...\" Hörümçək sözünün lüğətdən çıxarılması ilə bağlı AÇIQLAMA

\
Azərbaycan Milli Elmlər Akademiyasının prezidentinin humanitar işlər üzrə müşaviri, AMEA Dilçilik İnstitutunun sabiq direktoru Möhsün Nağısoylu hörümçək sözünün 2021-ci ildə nəşr olunan "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən çıxarılmasına görə onu tənqid edənlərə cavab verib.

Sfera.az bildirir ki, M. Nağısoylu "Qafqazinfo”ya açıqlamasında bildirib ki, hörümçək sözünün lüğətdən çıxarıldığını deyənlərin bu məsələ ilə bağlı qərəzi var: "Bildirmək istəyirəm ki, hörümçək sözü texniki olaraq lüğətdə unudulub. Lüğətin 266, 267-ci səhifələrində hörümçəkkimilər, hörümçəyəbənzər sözləri var. 

İkincisi isə "spayder” sözünün təkcə hörümçək mənası yoxdur. 2016-cı ildə yeni sözlər lüğəti çıxıb. Orada spayder avtomobilqayırmaya aid olan söz kimi göstərilir. Söhbət millilikdən gedirsə, məni ittiham edənlərə bildirmək istəyirəm ki, lüğətin ön sözünə baxsınlar. Orada hansı alınma sözlərin milli sözlərlə əvəz edildiyini yazmışam.

Bundan əlavə isə istənilən orfoqrafiya lüğətlərində texniki cəhətdən hansısa sözlər unudula bilər. Lüğətin elmi redaktoru olsam da, bu lüğətin hazırlanmasında 12 nəfər iştirak edib. İki məsul redaktor var. Texniki məsələlərə məsul olan şəxs onlardır. Bunlar İsmayıl Məmmədli və Nəriman Seyidəliyevdir. Mən isə çalışmışam ki, lüğətdə milliliyi qoruyub saxlayım".

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...