Xocavənddən 2 ton dəmir çıxararkən tutuldu - VİDEO

Xocavənddən 2 ton dəmir çıxararkən tutuldu - VİDEO
Xocavənd rayonuna icazəsiz keçən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Böyük Tağlar kəndindəki nəzarət postunda "Mersedes” markalı yük avtomobilinə "saxla” işarəsi verib. Yoxlama aparılarkən sürücü Qazax rayon sakini Məzahir Abdullayevin rayon ərazisinə daxil olmaq üçün müvafiq icazəsinin olmadığı müəyyən edilib. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman isə çəkisi 2 tona yaxın dəmir qalıqları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 


OXŞAR XƏBƏRLƏR