No Image
No Image

Birinci xanım Xırdalandakı zərər çəkənlərin məsələsini nəzarətə götürdü - FOTO

Birinci xanım Xırdalandakı zərər çəkənlərin məsələsini nəzarətə götürdü - FOTO
Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş verən partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B saylı binanın sakinləri ilə görüş keçirilib.

Bu barədə Sfera.az-a icra hakimiyyətindən məlumat verilib.

Görüşdə rayon icra kakimiyyətinin başçısı İradə Gülməmmədova və Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov iştirak edib.

İ.Gülməmmədova baş vermiş hadisədə dünyalarını dəyişənlərə Allahdan rəhmət, xəsarət alanlara isə şəfa diləyib. İcra başçısı qeyd edib ki, məsələ Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın nəzarətindədir. Zərər görmüş 41 ailənin kirayə evlərlə təmin edildiyini deyən İ.Gülməmmədova vurğulayıb ki, hazırda Fövqəlada Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan və binanın dayanıqlığı ilə bağlı araşdırma aparılıb. Zərər dəymiş mənzillərə baxış keçirildiyini, müvafiq aktların tərtib edildiyini deyən İ.Gülməmmədova bina ilə bağlı qərarın araşdırmanın nəticəsində veriləcəyini söyləyib.

Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov da məsələnin dövlətin diqqətində olduğunu qeyd edərək deyib ki, zərər görmüş sakinlərin kirayə evlərdə yerləşdirilməsi birinci növbədə görülməsi vacib olan məqamdır. Qış fəsli olması və havaların soyuq keçməsi səbəbindən sakinlər dərhal normal şəraitli kirayə mənzillərlə təmin edilib. Onun sözlərinə görə, FHN-nin verəcəyi qərardan asılı olaraq aparılacaq təmir işləri də surətli şəkildə həyata keçiriləcək.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Oqtay Əsədovun daha bir villası üzə çıxdı – Özəl meşəlik... - FOTO

Azərbaycanın sabiq spikeri Oqtay Əsədovun daha bir villası barədə məlumatlar açıqlanıb. Sfera.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşi...

Prezident və birinci xanım Yasamalda yeni parkın açılışında - FOTOLAR

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın ...

Birinci xanım Xırdalandakı zərər çəkənlərin məsələsini nəzarətə götürdü - FOTO

Abşeron Rayon İcra Hakimiyyətində bu ilin yanvarın 25-də Xırdalan şəhərinin 27-ci məhəlləsində baş verən partlayış nəticəsində yararsız vəziyyətə düşmüş 1 B say...

Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır - FOTO

Qarabağda atəşkəsə nəzarət edəcək Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətə başlayır. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi...

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR

Qanlı 20 Yanvar faciəsindən 31 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İ...

Xalq Yeni ilin ilk günü Şəhidlər xiyabanına axışdı - FOTOLAR

Azərbaycan xalqı 2021-ci ilin ilk gün Ermənistanın işğalı altında olan əraziləri qaytarmaq üçün müharibədə həyatlarını qurban verən əsgərlərin dəfn edildiyi Ş...