Xəzərdə 4 balıqçı itkin düşüb

Xəzərdə 4 balıqçı itkin düşüb
 

Azərbaycanda 4 balıqçı itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Sfera.az-a  bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR