Xətai rayonunun yeni icra başçısı kimdir: güllə yarası almış veteran döyüşçü... - DOSYE

Xətai rayonunun yeni icra başçısı kimdir: güllə yarası almış veteran döyüşçü... - DOSYE

Məlum olduğu kimi, uzun müddətdir, icra başçısız qalan Bakının Xətai rayonuna yeni icra başçısı təyin edilib. Belə ki, Prezident İlham Əliyevin bugünkü sərəncamı ilə Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Sfera.az yeni icra başçısının tərcümeyi-halını təqdim edir.

Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində  anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə gedib, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.
 
1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır. 1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışmışdır.
 
21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır.
2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
 
Ailəlidir, 2 övladı var.

OXŞAR XƏBƏRLƏR

Lələtəpəyə bayraq sancan polkovnik həbsdən buraxıldı

  Qarabağ müharibəsinin qəhrəmanı, Beyləqan rayonunda həbs edilən ehtiyatda olan polkovnik Qadir Vəlişov prokurorluğun vəsatəti əsasında azadlığa bur...

"Xalq Cəbhəsi məni işdən çıxardı" - Brilliant Dadaşova

 Xalq artisti Brilliant Dadaşovanın televiziya verilişlərinin birində AXC-Müsavat hakimiyyəti haqqında ittihamlar səsləndirib, həmin vaxtlarda qorxusundan ...

Erməni jurnalist Bakı haqda: "Satıcı erməni olduğumuzu biləndə..."

  Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri misli görünməmiş bir şeydir. Bunu bu yaxınlarda Azərbaycana səfər edən erməni jurnal...

“BNA ölmüş şəxsə cərimə yazıb” - Deputat Milli Məclisdə məsələ qaldırdı

Millət vəkili Tahir Kərimli Bakı Nəqliyyat Agentliyindən şikayətlənib.   APA-nın məlumatına görə, Milli Məclisin payız sessiyasının ilk iclasında "Dövlət...

Deputatın qardaşı bütün pulları götürərək ölkədən gedib – Yeni detallar

Millət vəkili Rafael Cəbrayılovun külli miqdarda borcunun yaranması qardaşı Elşən Cəbrayılovun Türkiyədə tikinti biznesi qurması ilə bağlıdır. Bu barədə məl...

Milli Şuranın mitinqinə icazə verildi - LÖKBATANDA

  Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib. Sfera.az-ın məlumatına görə, BŞİH aksiyanın Lökbatan qəsəbəsi,...