No Image
No Image

Xəstəxanalar dolur, yoluxma sürətlə artır - Sərt qapanma olacaq?

Xəstəxanalar dolur, yoluxma sürətlə artır - Sərt qapanma olacaq?
"Epidemioloji vəziyyət pisləşdikcə, yoluxma sürəti artdıqca və stasionarda yer olmadıqca, karantin qaydaları sərtləşə bilər. Çünki epidemioloji vəziyyət nə qədər pis olsa, karantin qaydaları o qədər sərt olacaq. Bu, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələbidir".

Bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O əlavə edib ki, ölkədə koronavirusa yoluxmuş aktiv xəstələrin sayı göstəriləndən çoxdur:

"Müəyyən məlumatlara görə, bizim respublikada koronavirus xəstələri üçün 40 min çarpayı yerimiz var. Bəzi xəstəxanalar bir müddət bu statusdan ayrıldı. Çünki onların da öz problemləri var. Misal üçün bəzi klinikalarda tədris gedir.

Aktiv xəstələrin sayının 31 mindən çox olmasını nəzərə alsaq, bu, artıq dirənmiş rəqəmdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, xəstəxanalara çox ağır xəstələr müraciət edir. Bunların əksəriyyəti reanimasion qulluq və intensiv terapiya tələb edir. Çətinlik bundan ibarətdir. Məsələ təkcə xəstə ilə yekunlaşmır. Biz koronavirus müddətində xeyli həkimlərimizi də itirmişik.

Buna görə vəziyyət pisləşərsə, karantinin sərtləşdirilə, müvafiq lokdaunlar qəbul edilə bilər. Bunu da qeyd etmək lazımdır ki, hazırda 31 min say xəstəxanaya rəsmi müraciət edənlərdir. Bu rəqəmdən 5 dəfə çox insan da heç yerə müraciət etmədən evdə müalicə alır. Ambulator müalicə alanların sayı stasionarda yatanlardan çoxdur. Hamı bilir ki, xəstəxanaya düşmək çətindir və məcbur şəkildə evdə müalicə alırlar.

Aktiv xəstə sayı çoxdur. Bu gün koronaviruslu xəstələr küçədə gəzirlər. Küçədə gəzən 10 nəfəri yoxlasaq, ikisində virus çıxacaq.

İstənilən halda vəziyyəti tənzimləməyə çalışmaq lazımdır: Ölkəmizdə hazırda vaksinasiya prosesi gedir və bütün bunlar kollektiv immunitetə gedən yolu xeyli qısaldır. Vaksinasiya prosesi intensiv və fəal şəkildə aparılsa, ciddi sərtləşdirmələr və lokdaunlara ehtiyac qalmayacaq". 
 
BAKU.WS
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Koronavirusa yoluxanlar bu testi etsinlər – Cavab 95%-dən çox çıxarsa, heç bir müalicəyə ehtiyac yoxdur!

"COVİD-19 test analizinin cavabı neqativdirsə, bu hələ tam yoluxmamışıq anlamına gəlmir, yoluxmuş şəxslərin təqribən 30%-ində test neqativ cavab ola bilir”. ...

Avropa və ABŞ peyvəndlərlə bağlı inqilabi yenilik etməyə hazırlaşır: "Bu olmasa, pandemiya dövrü uzana bilər"

"Avropa və ABŞ-ın peyvənd şirkətlərinin müəlliflik hüququnun ləğv edilməsi ilə bağlı məsələ qaldırılıb. Ümumdünya Ticarət Təşkilatı da bu təklifi dəstəkləyib. A...

Peyvənd vurduranlara 51 AZN mükafat – Koronavirusa yoluxanlara isə maaş verilməyəcək

7 milyona yaxın əhalisi olan Serbiyada COVID-19 epidemiyası əleyhinə peyvənd vurduran vətəndaşlara pul ödənişi ediləcək.   Sfera.az xəbər verir ki, ...

TƏBİB-dən Hindistan ştammı ilə bağlı AÇIQLAMA

"Artıq rəsmi olaraq elan olunub ki, Hindistanda koronavirusun yeni mutasiya olunmuş variantı yaranıb”. Sfera.az xəbər verir ki, bunu TƏBİB-in departament ...

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

Nazirlər Kabineti yanında Operativ Qərargahın birifinqi birazdan başlayıb. Sfera.az canlı yayımı təqdim edir: ...

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1080 yeni yoluxma faktı qeydə alınıb, 2074 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Sfera.az xəbər v...