Xəstəxana 22 yaşlı qızın meyitini ailəsinə niyə təhvil vermir? - AÇIQLAMA

Xəstəxana 22 yaşlı qızın meyitini ailəsinə niyə təhvil vermir? - AÇIQLAMA

Bona Dea Beynəlxalq Hospitalı 22 yaşlı pasiyentin meyitinin ailəsinə təhvil verilməməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntüyə münasibət bildirib.

Sfera.az xəbər verir ki, tibb müəssisəsinin yaydığı açıqlamada qeyd olunub ki, 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı mayın 5-də qanhayxırma və son 20 gündə 8 kq arıqlama şikayəti ilə xəstəxanaya müraciət edib. 

Bildirilib ki, o, onkoloq tərəfindən müayinə olunub: "Müayinə zamanı digər xəstəxanalarda aparılan radioloji müayinələr (torakoabdominal KT) araşdırılıb, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanıb. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilib və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub.

Xəstə və yaxınlarının yazılı razılığı əsasında qaraciyərdəki ocaqdan invaziv həkim radioloq tərəfindən biosiya götürülüb. Nəticədə xəstəyə "koriokarsinoma, uzaq orqanların metastazı, mərhələ 4” diaqnozu qoyulub. Tibbi onkologiyada bu durum təcili vəziyyət sayıldığından xəstənin yaşı nəzərə alınaraq zaman itirmədən kimyəvi müalicə başlandı. Xəstənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsində xüsusi izolyasiya olunan otağa yatırılıb və ona intensiv müalicə göstərilib.

Təqib zamanı qaraciyərdəki metastaz ocaqlarından qanaxma aşkarlandı və dayandırıldı. Kimyəvi terapiya davam etdirildi. Məlum olduğu kimi, kimyəvi terapiyanın ən geniş yayılmış yan təsirlərindən biri neutropeniadır. Xəstədə də neutropenia və sepsis aşkarlandı. Geniş spektrumlu antibiotik müalicəsi və intensiv müalicəyə baxmayaraq xəstə ağciyər çatışmazlığından iyunun 25-də vəfat edib.

Prosedurun izahı və qeydiyyat zamanı xəstə yaxınlarının "maddi problemimiz yoxdur, nə lazımdır olunsun” deməsi və yazılı razılıq verməsinə baxmayaraq, xəstənin və ailənin vəziyyəti nəzərə alınaraq mənfəət düşünülmədən sadəcə tibbi sərfiyyat və xərclər tələb olunub”.

Xəstəxananın yaydığı açıqlamada meyitin hazırda harada olduğuna, ailəsinə təhvil verilib-verilmədiyinə aydınlıq gətirilməyib. 

Qeyd edək ki, mərhumun anası xəstəxanaya 8 000 min manat borclu olduqlarını, bu səbəbdən xəstəxananın meyiti təhvil vermədiyini, girov kimi saxladığını bildirib. 




 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkənin xarici işlər naziri Annalena Berbok ilə görüşü keçirilir.   Sfera.az&...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...