Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir - FOTO

Xərçəng bu əlamətlərlə başlayır, hamı bilməlidir - FOTO

Bir neçə gündən sonra Türkiyədə xərçəng xəstəlikləri ilə baglı tədbirlər başlayacaq. Bu xəstəliyi tədqiqi edən həkimlər bilgilərini və araşdırmalarını paylaşacaqlar.


Sfera.az xəbər verir ki, professor doktor Ahmet Balık bu xəstəliklə bağlı modern.az-a fikirlərini açıqlayıb:
- Xərçəng nədir?
- Xərçəng vücuddakı hücyrələrin anormal və kontrolsuz bir şəkildə çoxalması ilə bir qrup xəstəliyin ortaq adıdır. Xərçəng günümüzün ən önəmli sağlıq problemlərindən biridir. Bu xəstəliklə tez-tez rastlaşırıq və öldürcüdür. Artıq xalq sağlığı problemi yaranıb. Siqaret, kimyasal maddələr, radioloji, viruslar, hormonal nədənlər, immunitet pozğunluğu və digər genetik səbəblər xərçəngin yaranmasına yol açır. 
- Xərçəng niyə bu qədər qorxuludir? Tibb bu qədər inkişaf edib. Amma bu xəstəliyə əlac tapa bilmir...
- Xərçəng insanların yaşamını azaldır. Həm də sürətlə sonlandırır. Ürək xəstəlikləri və xərçəng artıq ölüm səbəbləri arasında eyniləşib. Hər il dünyada 10 milyon insan bu xəstəliyə yoluxur. Onlardan sağlığına qovuşan da var. Xərçəng xəstəliyi tez anlaşılırsa, müalicəsi də olur. Amma bir neçə gün gecikmə belə, xəstəliyin müalicəsini uzadır, bəzən isə istədiyimiz nəticəni əldə edə bilmirik. Maləsəf, xəstəlik çox zaman özünü gizlədir. 
- Xərçəngi necə anlayacağıq? 
- İdrarda dəyişiklik, uzun sürən və sağalmayan yaralar, gözlənilməyən qanamalar, məmə və başqa orqanlarda əllə hiss edilən şişlər, udqunma zorlanması və həzmsizlik, üzündə və vücudunun başqa yerlərindəki xalda dəyişiklik, səsdə qısıqlıq və öskürək xərçəngin göstəricisi ola bilər. 
- Bir sualı yenidən verəcəm. Çünki insanlar bu xəstəliyə tutulanda artıq həyatdan ümidlərini kəsirlər. Beləmi qəbul edək, yoxsa müalicəsi varmı? 
- Bütünlüklə nəzərdən keçirsək, uşaqlarda 77, böyüklərdə 60 faiz sağalması mümkündür. Amma xəstəliyin cinsi, yayılması müalicə şansına təsir edir. Yenə vurğulayım bu xəstəlik tez anlaşılmalıdır. Məsələn, məmə və uşaqlıqboyunu xərçəng müalicə edilə bilir. Ümumiyyətlə, sadəcə, şikayəti olan deyil, sağlam insanlar da müayinə olunmalıdır. Tarama testləri erkən təhçizə səbəb olur. Birinci dərəcəli qohumlarda bu xəstəlik varsa, 30 yaşına qədər doğum etməyibsə, onlarda, eyni zamanda siqaret və içki içənlərdə, yağlı yemək yeyənlərdə bu xəstəlik çox görünür. 
 
Müntəzəm idman etmək, artıq çəkini atmaq, siqaret və içki alışqanlığına yoluxmamaq lazımdır. Qadınlar 40 yaşından etibarən mütəmadi həkim müayinəsinə getməlidirlər. 2 ildən bir mamoqrofiyə edilməlidir. Çünki qadınlarda ən cox yayılan xəstəlikdir. Başlayar və hətta 10-15 il anlaşılmaz olur. Bu, eyni zamanda uşaqlıqboynu xərçəngə də aiddir. Tam toplasaq, insanlar 6 ayda bir həkim müayinəsindən keçməlidir.


OXŞAR XƏBƏRLƏR

Tarixdəki ən qısa müharibələr

1896-cı ildə Britaniya ilə Afrika sahillərindəki kiçik bir ada dövləti olan Zanzibar arasında təəccüblü şəkildə qısa bir münaqişə baş verdi.   Sfera....

Moskvada bu tarixdə spirtli içkilərin satışı dayandırılacaq

Rusiyanın paytaxtı Moskvada 9 May günü - Qələbə paradının keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışına məhdudiyyət qoyulacaq.   Sfera.az xə...

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialına müdir təyin edilib.   ...

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

AFFA İntizam Komitəsi üç futbolçunu cəzalandırıb.   Sfera.az xəbər verir ki, buna onların rəqib futbolçuları təhqir etməsi səbəb olub.   X...

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...