35 dollarlıq kompüterə Wi-Fi və Bluetooth funksiyaları əlavə edildi
Kateqoriya məlum deyil
Dünyanın ən ucuz kompüteri olan "Raspberry Pi”nin yeni nəsil versiyası təqdim olunub.
Technews.az bildirir ki, "Raspberry Pi 3” özündən əvvəlki versiyalardan fərqli olaraq 2 vacib funksiyaya sahibdir. Wi-Fi və Bluetooth funksiyalarına sahib olan yeni kompüter bu özəlliklərinə baxmayaraq qiymətində heç bir dəyişiklik olmayıb.
Yeni nəsil "Raspberry Pi 3” 35 dollar dəyərinədir. Qeyd edək ki, yeni kompüterini təqdim edən şirkət həmçinin, 4 yaşını qeyd edib.
]






