Logo

Çingiz Bayramov: "Ərdoğan yenidən prezident olacaq"

Çingiz Bayramov: "Ərdoğan yenidən prezident olacaq"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
"Qardaş Türkiyədə növbədənkənar Prezident və parlament seçkiləri yaxınlaşır. Artıq seçkiyə sayılı günlər qaldıqca qalibləri təxmin etmək, o qədər də çətin deyil”. 

Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov mayın 24-də Türkiyədə keçiriləcək növbədənkənar seçkiləri dəyərləndirərkən belə deyib.

Səslərlə bağlı proqnozunu açıqlayan Ç.Bayramov prezident Rəcəb Tayyip Ərdoğanın yenidən qalib olacağını bildirib:

"Fikrimcə "Cümhur İttifaqı"nın namizədi Prezident Recep Tayyip Erdoğan yüksək səs toplayaraq (56%) ikinci tura ehtiyac olmadan yenidən Prezident seçiləcək. Siyasi partiyalardan MHP isə 19 % səs toplayaraq Türkiyə siyasi tarixində yenə açar rolu oynayacaq”.

Nigar Məhərrəm

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR