Logo

Amerikalı komandirlərdən qalmaqal Münbiç etirafı: Çıxmayacağıq, məqsədimiz YPG-ni qorumaqdır!

Amerikalı komandirlərdən qalmaqal Münbiç etirafı: Çıxmayacağıq, məqsədimiz YPG-ni qorumaqdır!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Suriyada olan amerikalı komandirlər terror təşkilatı YPG-ni ziyarət edib, ABŞ-ın Münbiçdən çıxmayacağını və Suriyada qalmaqda məqsədlərinin terror təşkilatını qorumaq olduğunu deyib.

Türkiyə Zeytun Budağı Əməliyyatı ilə Afrində terrorçularla mübarizə etdiyi bir vaxtda, NATO müttəfiqi ABŞ komandirləri terror təşkilatı PYD/YPG/PKK-nın mövqelərini gəzib onlara dəstək olacaqlarına söz verib.

ABŞ qoşunları komandanı Münbiçdə polis bölməsini ziyarət edib

DEAŞ ilə mübarizə üçün Suriyada olan ABŞ qoşunlarının komandanı general Pavel E. Funk Münbiçde olan ABŞ polis bölməsini ziyarət edib.

"ABD-nin Suriyada olma səbəbi YPG-ni qorumaqdır"

General Pavel E. Funk, Türkiyənin tələblərinə baxmayaraq ABŞ qüvvələrinin Münbiç və Suriyanın şimalından çəkilməyəcəyini söyləyərək, Suriyanın şimalında olma səbəblərinin YPG-li müttəfiqlərini qorumaq olduğunu bildirib.

YPG komandirinə təşəkkür edilib

ABŞ generalı Jamie Jarrod isə Münbiçdə YPG mövqelərinə səfər edib terrorçuların komandiri Məhəmməd Abu Adeelə təşəkkür edib. Jarrod, ABŞ-ın hər zaman terror təşkilatı YPG-nin yanında olacağını bildirib.

Yusif Məmmədli

sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR