Logo

Arvadının gözü qarşısında kişini öldürdülər - Avtobusda dəhşət

Arvadının gözü qarşısında kişini öldürdülər - Avtobusda dəhşət
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Cəlilabad rayonunda qətl hadisəsi baş verib. 

Sfera.az "Report”a istinadən məlumatına görə, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Rakif Hüseynov həyat yoldaşı ilə sərnişindaşıyan marşrut mikroavtobusu ilə gedərkən qəfildən bir nəfər onun ürək nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı marşrut sürücüsü tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polisin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Faktla bağlı Cəlilabad Rayon Prokururluğunda cinayət işi başlanıb, istintaq davam edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR