Magyar Orbanla bağlı şok məlumat açıqlayacaq

Macarıstanın yeni Baş naziri Peter Magyar Viktor Orbanın rəhbərlik etdiyi ölkənin əvvəlki hökuməti haqqında şok məlumatlar açıqlamaq niyyətində olduğunu bildirib.
Sfera.az xəbər verir ki, o, X hesabında qeyd edib ki, açıqlanacaq məlumatlar 13 iyunda keçirilməsi planlaşdırılan Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının qurultayının qərarlarını pozacaq. Qurultay Orbanı yenidən lider seçməyi planlaşdırır: “Şənbə günü saat 9-da Orban hökumətinin ən səs-küylü fırıldaqlarından birinə həsr olunmuş fövqəladə mətbuat konfransı keçirəcəyəm. Əldə etdiyimiz məlumata görə, sabahkı Fidesz partiyasının rəhbərliyini seçməsi planlaşdırılan qurultay bütün mənasını itirib. Son onilliklərin ən böyük siyasi fırıldağında iştirak edənlər gələcəkdə macarların maraqlarını təmsil edə bilməzlər".
Fidesz-in parlament seçkilərində sarsıdıcı məğlubiyyətindən sonra Orban parlament mandatından imtina edib, lakin son 16 ildə hakimiyyətdə olan və indi müxalifətə keçən partiyasının lideri olaraq qalmağa hazır olduğunu bildirib. Bu gün Budapeştdə keçiriləcək Fidesz konqresi onu daha bir il müddətinə yenidən sədr seçməyi planlaşdırır.
