Logo

Yubanan İstanbul-Bakı aviareysi Heydər Əliyev aeroportuna çatıb - YENİLƏNİB

Yubanan İstanbul-Bakı aviareysi Heydər Əliyev aeroportuna çatıb - YENİLƏNİB
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

21:30

"Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı aviareysi yerli vaxtla saat 20:43-də Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına çatıb.

Sfera.az bildirir ki, Trend hava limanının saytına istinadən bu barədə məlumat verir.

---------

17:19

"Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı aviareysi qeyri-müəyyən müddətədək təxirə salınıb.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından məlumat verilib.

Məlumatda qeyd olunur ki, həmin reys Bakıya saat 17:05-də çatmalı idi. Lakin İstanbulda davam edən kəskin hava şərtləri ilə əlaqədar Atatürk hava limanından çox sayda uçuş təxirə salınıb.

Hazırda həmin reysin nə vaxt həyata keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR