Azərbaycanda bir neçə rayonu zəlzələ titrətdi - YENİLƏNİB
16:10
Sfera.az bildirir ki, Fövqəladə Hallar Nazirliyi bu gün Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir: Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 16 oktyabr 2016-cı il tarixində Bakı vaxtı ilə saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə İmişli rayonu ərazisində, 12 km dərinlikdə, 4,5 maqnituda gücündə zəlzələ qeydə alınmışdır. Zəlzələ yaxın yaşayış məntəqələrində 3.0 bala qədər hiss olunmuşdur. İlkin məlumata əsasən, insan tələfatı və dağıntı olmamışdır.
-------
12:29
Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub.
---------
12:17
Bu gün səhər saatlarında zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, ilkin məlumatlara əsasən 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.
APA-nın məlumatına görə, zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.






