Logo

İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO

İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

17:05

Milli.Az bildirir ki, "Məhsul" stadionunda Müsavat Partiyasının mitinqi başa çatdı.

Müsavat liderlərinin mitinqdən əvvəl səslənən çağırışlarına və sosial şəbəkələrdəki bəyanatlarına rəğmən, mitinqə həddən ziyadə az adam qatıldı.

Partiyanın başqanı Arif Hacılı sentyabrın 24-nə nəzərdə tutulmuş mitinqin təxirə salındığını bəyan edib.

Görünür, Müsavat rəhbərliyi Milli Şuranın sentyabrın 17-dəki mitinqdəki tam fiaskosunu təkrarlamamaq fikrindədir və Müsavatın ikinci mitinqinin bugünkü toplantıdan da az adam toplayacağına şübhə etmir.

---------

16:53

Müsavat Partiyasının Divan üzvü, vəkil Osman Kazımov çıxışında aprelin əvvəlində Dağlıq Qarabağda yaşanmış "dördgünlük müharibə"də erməni terrorçularına ağır zərbələr endirən və onları mövqelərini ataraq qaçmağa vadar edən ordumuzun əməliyyatlarından danışanda şəhidlərimizin ruhuna sayğısızlıq nümayiş etdirib.

O.Kazımov erməni işğalında olan ərazilərimizin bir qisminin ağır döyüşlər nəticəsində azad olunmasını "kiçik, olduğundan artıq şişirdilmiş hadisə" kimi dəyərləndirib.

---------

16:42

Fərəc Kərimlini tribunadan "Müsavat başqanı" kimi təqdim edərək partiyanın başqanı Arif Hacılıda çaşqınlıq və pərtlik, habelə qəzəb yaradan İsa Qəmbər makiavvellist gediş edərək söyləyib: "Təbii ki, partiyamızın başqanı Arif bəydir. Lakin Fərəc bəy də başqanlığa layiqdir, başqan ola bilər".

İsa Qəmbərin bu açıqlaması mitinqə toplaşan müsavatçılar arasında birmənalı qarşılanmayıb. "Məhsul"dakı müsavatçıların dediklərinə görə, İsa Qəmbər bu minvalla Arif Hacılıya aşkar mesaj verir.

AXPC sədri Əli Kərimli və Milli Şuranın "lider"i Cəmil Həsənlinin "Məhsul" stadionunda keçirdikləri iki mitinqdən - sentyabrın 11-də və sentybarın 17-dəki toplantıların taktikasından yararlanmaq, radikal dindarları öz tərəfinə çəkmək istəyən İsa Qəmbər az öncə ölkədəki islamçılara xitab edib, "həbsxanadakı mömin müsəlmanlar"dan bəhs edib.

Bu isə İsa Qəmbərin onillər əvvəl, hakimiyyətdə olduğu çox qısa müddətdə nümayiş etdirdiyi ritorikadan və davranış stilindən - yəni məqsədə çatmaq üçün bütün vasitələrdən yararlanmaq strategiyasından hələ də əl çəkmədiyini göstərir.

Görünən budur ki, İsa Qəmbər radikal dindarların qrupunu AXCP-yə və ya Milli Şuraya "bağışlamaq" niyyətində deyil.

---------

16:26

Milli.Az bildirir ki, Musavat Partiyasının "Məhsul" stadionunda keçirdiyi mitinqə toplaşanların sayı təxminən 700-800 nəfərdir. Stadion faktiki olaraq boşdur. Mitinq təşkilatçıları "Məhsul"a gələnlərə: "Tribunanın sol tərəfinə keçin!" - deyirlər. Məqsəd mitinqin kütləviliyi görüntüsü yaratmaqdır.

---------

16:16

Bakının Yasamal rayonundakı "Məhsul" stadionunda Müsavat Partiyası mitinq keçirir.

Milli.Az bildirir ki, partiyanın sabiq sədri İsa Qəmbər və partiyanın indiki başqanı Arif Hacılı tribunadadırlar.

İsa Qəmbər çıxışına başlayanda ilk "sensasiya"nı səsləndirib. O, Fərəc Kərimlini "Müsavatın başqanı" kimi təqdim edib.

Sfera.az

İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO
İsa Qəmbərdən mitinq "şok"u: Fərəc Kərimli Müsavat başqanı "oldu" - YENİLƏNİB - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR