Logo

İranda ABŞ-dan dönmüş nüvə fizikası alimi edam edildi

İranda ABŞ-dan dönmüş nüvə fizikası alimi edam edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sfera.az news.rambler.ru saytına istinadən bildirir ki, İranda ABŞ-dan dönmüş nüvə fizikası alimi edam edildiİranda nüvə fizikası alimi Şəhram Əmiri edam edilib. Bu barədə BBC xəbər verir.

Bu alimin tarixçəsi İranın nüvə proqramı ətrafındakı hadisələrlə sıx bağlıdır. 2009-cu ildə sirli şəraitdə yoxa çıxan alim sonradan Amerikada tapılıb. 2010-cu ildə evə dönən alim ABŞ kəşfiyyatından qaçdığını bildirsə də bir il sonra həbs edilib. Əmirinin anasının verdiyi məlumata görə oğlunun cəsədinin boyun nahiyəsində boğulma əlamətləri olub. Onun sözlərinə görə, oğlu edam edilib.

1977-ci ildə anadan olmuş Şəhram Əmiri İranda nüvə texnologiyası sahəsində çalışıb. Onun iddiasına görə İranın nüvə proqramı barədə məlumatlara sahib olmaq istəyən Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən oğurlanıb. Amerika tərəfi isə alimin öz şəxsi istəyi ilə Amerikaya qaçdığını iddia edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR