Ukrayna qəhrəmanı Qostomeldə həlak oldu
Kateqoriya məlum deyil
Ukrayna qəhrəmanı Valeri Çibineyev Qostomel yaxınlığındakı döyüşlərdə həlak olub.
Sfera.az xəbər verir ki, bu barədə Berdyansk Şəhər Şurasının Mətbuat xidməti məlumat yayıb.
34 yaşlı V.Çibineyev 2010-cu ildə leytenant rütbəsi ilə hava desant-hücum briqadasının sıralarına qoşulub. 2016-cı ildə "Ukrayna Qəhrəmanı" ulduzu ilə təltif edilib.
2019-cu ildə onun qardaşı, 79-cu hava desant-hücum briqadasının komandiri Roman Çibineyev də rus hərbçilərinin atəşi nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Qostomeldə ağır döyüşlər davam edir.






