Logo

"Dünyanı məhv edəcək qədər nüvə başlığı var" - Qorxuducu açıqlama

"Dünyanı məhv edəcək qədər nüvə başlığı var" - Qorxuducu açıqlama
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın nüvə qüvvələrini hazır vəziyyətə gətirməsi sözügedən silahların gücü və təsir dairəsi ilə bağlı məsələni yenidən gündəmə gətirib.

Sfera.az bildirir ki, mütəxəssislər bu barədə ətraflı hesabat veriblər. Hesabata görə, dünyada 4 min 500 şəhəri məhv etmək üçün 13 min nüvə başlığı lazımdır. Araşdırmaçıların sözlərinə görə, hazırda mövcud olduğu təxmin edilən 15 min və daha çox nüvə silahının partlaması, ən güclü vulkan olan Krakatoanın partlamasından 15 dəfə daha çox dağıdıcı fəlakətə səbəb olar.

"Dünyada bütün nüvə bombaları partladılarsa, onun dalğası qarşısına çıxan hər şeyi - ağacları, heyvanları və insanları məhv edəcək”, - deyə məlumatda  bildirilib.

Hesabatda, həmçinin regional təhlillər də yer alıb. Buna uyğun olaraq, Amazon tropik meşələrində mümkün nüvə bombası baş verəcəyi təqdirdə, Cənubi Amerika qitəsinin alov içində qalacağı qeyd olunub.  Bildirilib ki, nüvə partlayışı ətrafdakı hər şeyi məhv edəcək və yaşayış üçün yararsız hala salacaq.

Türkan

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR