Avtobus sürücülərinin nəzərinə: Sertifikat olmalıdır!
Sfera.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər.
Qeyd edilib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində vaksinasiya məntəqəsi fəaliyyət göstərir. Peyvəndin olunma vaxtı yaxınlaşan hər bir sürücü və sərnişinlər məntəqəyə yaxınlaşaraq vaksin oluna bilər.
Qeyd edək ki, sabahdan COVİD sertifikatlarının etibarlılıq müddəti COVİD-19 xəstəliyinə qarşı peyvənd olunmanı təsdiqləyən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında iki doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq. Etibarlılıq müddəti COVİD-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat üzrə 6 ay, həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin daha bir dozasını aldıqda müddətsiz olacaq.






