İstanbul hava limanında hərbi çevrilişə cəhddə şübhəli bilinən 11 nəfər saxlanılıb
Kateqoriya məlum deyil
Türkiyənin Sabah qəzetinin xəbərinə görə, İstanbulun Sabiha Gökçen beynəlxalq Hava limanında hərbi çevrilişə cəhddə şübhəli bilinən 11 nəfər saxlanılıb.
Hava limanının ərazisində yerləşən hərbi hissəyə axtarış məqsədilə gələn polislərin yaxınlaşdığını görən hərbi hissənin növbətçiləri iki dəfə havaya atəş açıblar. Bundan sonra iki növbətçi və daha doqquz nəfər saxlanılıb. Xəsarət alan olmayıb.
Şənbə gününə keçən gecə Türkiyədə hərbiçilər hakimiyyəti ələ keçirmək istəsələr də hakimiyyət dövlət çevrilişinə cəhdin uğursuzluqla nəticələndiyini bildirib. Son məlumatlara görə, qarşıdurmalarda 290 nəfərdən çox insan, o cümlədən yüzdən artıq üsyançı həlak olub.
Dövlət tərəfindən hərbi çevrilişdə əli olan altı mindən artıq adam saxlanılıb.







